Bakı Uşaq Teatrı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə təşəbbüsü ilə “Qalan ömrün ilk günü” adlı tamaşa hazırlayıb.Tamaşada hadisələr sovet hakimiyyətinin son illərinə təsadüf edir. Ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan tamaşa vərəm xəstəliyi və onunla mübarizəyə həsr olunub.
Əsərdə cəzaçəkmə müəssisəsində vərəm xəstəliyinə yoluxmuş bir şəxs ailəsinə faciə gətirir və bütün hadisələr bunun ardınca cərəyan edir. Tamaşada rolları Mehman Piriyev, Esmira Həsənli, Pərvin Allahverdiyev və başqaları oynayırlar.
« “MƏN BU FİLMİ BİABIRÇILIQ HESAB EDİRƏM” | Əsas səhifə | CƏLİL MƏMMƏDQULUZADƏ ADINA MÜSABİQƏ KEÇİRİLƏCƏK »




Bölmə: 








