İyl
16
Ağac üzərində əl işləri sərgilənir
Bakı şəhərində yeni art-salon açılıb. Salonda heykəltaraşlıq nümunələri, rəsmlər, ağacdan hazırlanmış əl işləri və s. sərgilənir. “OLAYLAR”ın məlumatına görə, rəssam Tərlan Rəhimov tərəfindən hazırlanmış salon Əlövsət Quliyev küçəsi 145-də yerləşir. Davamı…
İyl
16
Qalib 30 min manat əldə edəcək
Mədəniyyət və Turizm Nazirliyi Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” adlı tarixi-memarlıq kompleksinin yaradılması ilə bağlı müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”a verilən məlumata görə, müsabiqəyə işlər bu il dekabrın 15-nə qədər qəbul olunacaq. Müsabiqəyə filoloqlar, kulturoloqlar, ədəbiyyatçılar və tarixçilər də cəlb olunur. Davamı…
İyl
16
Festivala “İbRus” dəvət olunub
Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi İbRus Teatrı sentyabr ayında Rusiyada keçiriləcək festivala dəvət alıb. “Rus Teatrları Festivalı” adlı layihədə teatr “Buninin son döyüşü” tamaşasını təqdim edəcək. Bu barədə “OLAYLAR”a teatrın aparıcı aktyorlarından olan Fuad Poladov məlumat verib. F.Poladov onu da bildirib ki, rol ifa etdiyi “Salam, mənim mələyim” filminin çəkilişlərinin bir qismi yekunlaşıb. Davamı…
İyl
16
Bakıda Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək. Bu barədə APA-ya Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Məlumata görə, simpozium 3 gün davam edəcək. Davamı…