Qalib 30 min manat əldə edəcək
Mədəniyyət və Turizm Nazirliyi Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” adlı tarixi-memarlıq kompleksinin yaradılması ilə bağlı müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”a verilən məlumata görə, müsabiqəyə işlər bu il dekabrın 15-nə qədər qəbul olunacaq. Müsabiqəyə filoloqlar, kulturoloqlar, ədəbiyyatçılar və tarixçilər də cəlb olunur. İştirakçılar türk xalqlarının qədim ənənələrini qoruyub saxlamalıdılar. Onu da bildirək ki, birinci, ikinci və üçüncü yerin sahibləri 60, 30 və 16 min manat əldə edəcəklər. Kompleks Bakı Dəmiryol Parkı və Şəhriyar parkı ərazisini əhatə edəcək.

Bölmə: 