Qaynar xəbər portalı

saytAzərbaycan Milli Akademik Dram Teatrının rəsmi internet səhifəsi fəaliyyətə başlayıb (www.azdrama.az). Teatrın mətbuat xidmətindən Portalımızın xəbər xidmətinə verilən məlumata görə, sayt mətbuat və ictimaiyyətlə daha sıx əlaqələr qurmaq məqsədi ilə yaradılıb. Davamı…


Qan TuralıQan TURALI
qan_tural@yahoo.com

Sovet vaxtının Yenidənqurma vaxtında doğulan bizim nəsil işləməyə məcbur olan uşaqları yalnız məktəb dərsliklərindən tanıyırdı. Bu uşaqların varlığı kapitalizmi tənqid etmək üçün yaxşı əsaslar verirdi. O dövrün “Oxu” kitabında olan şeirdən iki misra da yadımdadır:

Uşaqlar var bu dünyada,
Gənc olmadan qocalmışdır. Davamı…


həmidəHəmidə Ömərova: “Kino sənətimizi gözdən salmaq üçün müsabiqə keçirilsəydi, “Adam ol” birinci yeri tutardı”

Həmsöhbətimiz xalq artisti Həmidə Ömərovadır. Həmidə xanımı xüsusi təqdim etməyə ehtiyac duymadığımızdan birbaşa müsahibəyə keçirik:
- Maraqlıdır, kinoda hansı obrazı yaratmaq istərdiniz?
- Mən istərdim, elə bir ssenari yazılsın ki, qadınların problemi ön plana çəkilsin. Bizim bəlamız ondadır ki, Azərbaycan kinosunda çəkilən filmlərdə qəhrəman qadın olsa da, film kişilərin mövqeyindən çəkilir. Qadınlarımız isə daha çox uşaqlar, yeniyetmələr haqqında film çəkirlər. Mən istərdim elə rejissor olsun ki, yalnız qadınlar üçün film çəksin. Onların problemlərini qabartsın. Ssenari müəllifləri kişilər olduğundan, yazanda qadın obrazlarını kölgədə qoyurlar.
- Məncə, siz feministsiniz…
- Yox, mən qadınam! Davamı…


osman-2Dünən Hyatt Park otelində 20 noyabr 1991-ci ildə Azərbaycanın bir qrup dövlət xadimi ilə birlikdə Qarabağda erməni hərbiçiləri tərəfindən vurulan vertolyotda faciəli şəkildə həlak olmuş məşhur Azərbaycan jurnalisti, Azərbaycan prezidentinin sabiq mətbuat katibi Osman Mirzəyevin “Adlarımız” kitabının prezentasiyası keçirilib.
“Adlarımız” kitabı müasir Azərbaycan adlarının etimologiyasına həsr olunub. Mini-oçerk şəklində təqdim olunmuş şərhlərdə hər bir adın mənasının, mənşəyinin, təkamülünün açıqlanması verilir. Davamı…


Rejissor ssenari ilə yanaşı filmin smetası, aktyorların adı və geyim eskizlərini bədii şuraya təqdim etməlidir

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Yusif Şeyxovun məlumatına görə, müsabiqədən keçmiş bir neçə bədii əsərin çəkilişinə başlanılacaq. O, bildirib ki, filmlərin dünya standartlarına uyğun olması, hadisələrə obyektiv yanaşmaq əsas şərtlərdən biri olacaq. Bunun üçün nazirlikdə bədii şura yaradılıb və rəsmi olaraq iyunun 25-dən fəaliyyətə başlayan ekspertlər müstəqil kino şirkətləri və prodüserlərlə danışıqlara başlayıblar. Davamı…


MuradMurad Dadaşov: “Bu barədə fikir söyləmək hələ tezdir”

“Mən indi Azərbaycanda çox seriyalı filmlərin - serialların yayımlanması ilə məşğul oluram. Bir çox ölkələrin prodüserləri ilə danışıqlar aparmışam. Bununla bağlı xarici öləkələrə səfərlərim tez-tez olur. Qeyd edim ki, bütün ölkələrdə çəkilən ən maraqlı seriallar daha çox “SitCom” şirkətinin xətti ilə yayılır. Həmin qurumun nümayəndələri ilə görüşüm olub. Çox seriyalı filmlərin süjet xətti, mövzusu ilə tanış oluram. Ən yaxşıları seçilərək payız aylarında tamaşaçılara təqdim ediləcək”. Yeni prodüsser mərkəzi açmağı düşünən şoumen yaxın aylarda ciddi və maraqlı layihələrin həllinə başlayacağını da əlavə etdi. Davamı…