Rejissor ssenari ilə yanaşı filmin smetası, aktyorların adı və geyim eskizlərini bədii şuraya təqdim etməlidir
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Yusif Şeyxovun məlumatına görə, müsabiqədən keçmiş bir neçə bədii əsərin çəkilişinə başlanılacaq. O, bildirib ki, filmlərin dünya standartlarına uyğun olması, hadisələrə obyektiv yanaşmaq əsas şərtlərdən biri olacaq. Bunun üçün nazirlikdə bədii şura yaradılıb və rəsmi olaraq iyunun 25-dən fəaliyyətə başlayan ekspertlər müstəqil kino şirkətləri və prodüserlərlə danışıqlara başlayıblar.Y.Şeyxov əlavə edib ki, filmini ekranda görmək istəyən rejissorlar bədii şuraya kompleks şəkildə rejissor ssenarisi ilə yanaşı, həm də filmin smetası, rollara seçilmiş aktyorlar, geyimlərin eskizlərini təqdim etməlidirlər.
Onu da qeyd edək ki, bədii şuraya kino xadimləri ilə yanaşı, nazirliyin əməkdaşları da daxildir. Yusif Şeyxov bildirdi ki, ekspertlərin süzgəcindən keçən hazır əsər tezliklə dövlətin sifarişi ilə ekran həllini tapacaq. Sonda kino xadimi bildirdi ki, iyulun 16-dan etibarən 2008-ci il üçün çəkilişləri nəzərdə tutulan kinolayihələr qəbul ediləcək.
« “EUROVİSİON”DA GÜNƏŞ, YOXSA “RAST” TƏMSİL OLUNACAQ? | Əsas səhifə | OSMAN MİRZƏYEVİN “ADLARIMIZ” KİTABININ PREZENTASİYASI KEÇİRİLİB »




Bölmə: 








