Yaşıl Teatrın kateqoriyası dəyişdirilib. Bu barədə APA-ya Yaşıl Teatrın rejissoru Məmməd Hümbətov məlumat verib. Onun bildirdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyi teatrın kateqoriyasını sonuncu yerdən I yerə qaldırıb. Bundan əlavə, teatrın adı da dəyişdirilib. Bundan sonra Yaşıl Teatr Konsert Kompleksi adlanacaq mədəniyyət ocağında konsert proqramları keçirmək, əyləncəli tədbirlər təşkil etmək mümkün olacaq. Davamı…

İyl
18
İyl
18
İyulun 18-də Çar Rusiyası dövründə Qafqaz Senzura Komitəsində 13 il baş senzor işləmiş azərbaycanlı Şərif Mirzəyevin xatirələrindən bəhs edən «Senzornamə» adlı filmin təqdimatı keçirilib.
Söz Azadlığını Müdafiə Fondu və VVS şirkətinin birgə layihəsi əsasında Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə çəkilmiş film Azərbaycan mediasının senzura tarixindən bəhs edir. Davamı…
İyl
18
Sabah Qız Qalası qalereyasında “Nyu-Yorkun görməli yerləri” fotosərgisi
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Sabah Qız Qalası qalereyasında “Nyu-Yorkun görməli yerləri” fotosərgisinin açılış mərasimi keçiriləcək. ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu və ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə keçirilən bu sərgidə 81 fotoşəkil nümayiş olunur. Sərgi Nyu-Yorkun görməli yerlərinin mühafizəsi Aktının 40-cı ildönümünü ilə əlaqədar təşkil olunub. Davamı…
İyl
18
Ermənilər “Sarı Musa türbəsi”nin divar rəsmlərini pozub yerinə xaç şəkli çəkiblər
Bölmə: Xəbərlər | ≅ 1 şərh var
Ermənilər “Sarı Musa türbəsi”nin divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər. Bu barədə APA-ya Azərbaycan Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Onun dediyinə görə, Ağdam rayonunun Xaçıntürbətli kəndində olan “Sarı Musa türbəsı” Elxanilər dövrünə aiddir. Türbənin girişi üzərindəki yazıdan məlum olur ki, bu türbə Qutlu Xacə Musa oğlunun qəbri üzərində ucaldılıb. Türbəni Şahbənzər adlı usta inşa edib. İnşa tarixi 1314-cü il göstərilən türbə xalq arasında “Sarı Musa türbəsi” adlanır. Bu abidə tikilərkən Qarabağ memarlığının bütün elementləri qorunub saxlanıb. Davamı…
İyl
18
İsveçrənin Montro şəhərində keçirilən 41-ci musiqi festivalında iştirak edən Şahin Növrəsli finala çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın finalında Şahin Növrəslidən başqa Avstriya, Fransa və Kubanın təmsilçiləri də çıxış edəcəklər. Davamı…
İyl
18
“Lənkəran TV” kanalının tezliyi üzrə elan edilən müsabiqə baş tutmaya bilər
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə lisenziya müddəti uzadılmayan “Lənkəran TV” kanalının tezliyi üzrə iyunun 19-da elan edilən müsabiqə yekunlaşmaq üzrədir. MTRŞ-dən APA-ya verilən məlumata görə, Lənkəran TV-nin tezliyinin əldə olunması üçün elan edilən müsabiqə üzrə quruma hələlik cəmi bir müraciət daxil olub. Məlumata görə, bu gün və sabah tezliyi əldə etmək üçün başqa müraciətlər edilməsə, MTRŞ təkrarən müsabiqə elan edəcək. Qeyd edək ki, qaydalara görə, elan edilən müsabiqəyə ikidən az iştirakçı qatıldığı təqdirdə müsabiqə baş tutmamış sayılır. Davamı…
İyl
18
«Sənətə 45 yaşımdan gəldiyim üçün mənə ana obrazlarını həvalə ediblər. Bu, təsadüfi bir gəliş deyil. Teatr və kinoda olmadığım hər günün mənəvi əzablarını özümdə hiss etmişəm. Amma qadın üçün ailə önəm daşımalıdır. Efirdən mənə uyan obrazları izlədikcə, səhnəyə qayıtmaq arzuçu ilə çırpınırdım. Amma buna mane olan şəxs var idi. Qismət elə gətirdi ki, tale yolu məni yenidən teatr və kino aləminə gətirib çıxardı» - bu sözləri «TrendLife»ın müxbiri ilə söhbətində xalq artisti Elmira Şabanova söylədi. Davamı…
İyl
18
Kino Bayramının açılışı avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında olacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Kino Bayramının açılışı avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə məlumat verib. Onun sözlərinə görə, 2 avqust – Kino Gününə həsr olunmuş tədbirlərin açılışı Azərbaycan kinoteatrının qarşısında, “Natəvan” heykəlinin yanındakı meydanda, açıq havada keçiriləcək. Bu il dövlət sifarişi əsasında tammetrajlı film çəkilişləri aparan “Bizim kino” (“Cavadxan”), “Yeni dalğa” (“Cavid ömrü”), “A.S.V.A. prosi-21” (“Hökmdarın taleyi”) prodüser mərkəzləri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dövlət Film Fondunun təmsilçiləri həyata keçirdikləri layihələr barədə informasiya verəcəklər. Davamı…








