Qaynar xəbər portalı

Kitab dünyası


İyulun 18-də Çar Rusiyası dövründə Qafqaz Senzura Komitəsində 13 il baş senzor işləmiş azərbaycanlı Şərif Mirzəyevin xatirələrindən bəhs edən «Senzornamə» adlı filmin təqdimatı keçirilib.
Söz Azadlığını Müdafiə Fondu və VVS şirkətinin birgə layihəsi əsasında Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə çəkilmiş film Azərbaycan mediasının senzura tarixindən bəhs edir. Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Məmməd Nazimoğlunun fikrincə, film senzor təhdidləriylə üzləşən Azərbaycan mətbuatının tarixinə fərqli baxışdır. Filmdə təkcə Çar Rusiyası dövründən yox, həm də 90-cı illərə qədər mövcud olan senzuranın mətbuatın susdurulmasına, demokratik dəyərlərin yayılmasına göstərdiyi təsirdən söz açılır.
Sədi Məmmədovun ssenarisi əsasında rejissoru Teymur Nəcəfzadənin çəkdiyi, 7 min dollara başa gəlmiş filmin 22 iyul - Mətbuat Günü ərəfəsində ANS televiziyasında nümayişi nəzərdə tutulur. Məmməd Nazimoğlu deyir ki, digər televiziyalar da filmi məhdudiyyətsiz nümayiş etdirə bilərlər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: