Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə lisenziya müddəti uzadılmayan “Lənkəran TV” kanalının tezliyi üzrə iyunun 19-da elan edilən müsabiqə yekunlaşmaq üzrədir. MTRŞ-dən APA-ya verilən məlumata görə, Lənkəran TV-nin tezliyinin əldə olunması üçün elan edilən müsabiqə üzrə quruma hələlik cəmi bir müraciət daxil olub. Məlumata görə, bu gün və sabah tezliyi əldə etmək üçün başqa müraciətlər edilməsə, MTRŞ təkrarən müsabiqə elan edəcək. Qeyd edək ki, qaydalara görə, elan edilən müsabiqəyə ikidən az iştirakçı qatıldığı təqdirdə müsabiqə baş tutmamış sayılır. MTRŞ “Lənkəran TV” kanalının əmlakının 30 faizinin Lənkəran şəhər İcra Hakimiyyətinə məxsus olması səbəbindən dayandırıb. Qanunvericiliyə görə, dövlət orqanlarının televiziya və radio təsisçisi olması qadağandır.
« Elmira Şabanova: «Əvvəlki teatr ənənəsi aktuallığını itirib» | Əsas səhifə | Şahin Növrəsli Montro festivalının finalına vəsiqə qazanıb »




Bölmə: 








