Ermənilər “Sarı Musa türbəsi”nin divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər. Bu barədə APA-ya Azərbaycan Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Onun dediyinə görə, Ağdam rayonunun Xaçıntürbətli kəndində olan “Sarı Musa türbəsı” Elxanilər dövrünə aiddir. Türbənin girişi üzərindəki yazıdan məlum olur ki, bu türbə Qutlu Xacə Musa oğlunun qəbri üzərində ucaldılıb. Türbəni Şahbənzər adlı usta inşa edib. İnşa tarixi 1314-cü il göstərilən türbə xalq arasında “Sarı Musa türbəsi” adlanır. Bu abidə tikilərkən Qarabağ memarlığının bütün elementləri qorunub saxlanıb. 1988-1994-cü illərdə ermənilərin apardıqları etnik təmizləmə siyasətinin nəticəsi kimi ermənilər işğal etdikləri ərazilərdə bütün tarix və mədəniyyət abidələrini dağıdıblar. Türbənin üst kamerasının içərisini xaç obrazına bənzətdiklərinə görə türbəni dağıtmasalar da, əvəzində türbəni erməniləşdiriblər. Erməni talanından belə “qurtulan” Xacə Musa türbəsi memar Şahbənzərin və Azərbaycanın memarlıq sənətinin qiymətli nümunəsidir.
« Şahin Növrəsli Montro festivalının finalına vəsiqə qazanıb | Əsas səhifə | Sabah Qız Qalası qalereyasında “Nyu-Yorkun görməli yerləri” fotosərgisi »




Bölmə: 









Novarg adlı istifadəçi, İyul 19, 2007 tarixində, saat 14:34 yazıb:
Türbə…
Xaçıntürbətli kəndi…
Şahbənzər…həm də usta…
“Sarı Musa türbəsi”…
Türbənin üst kamerasının içərisini xaç obrazına bənzətdiklərinə görə…