Sabah Qız Qalası qalereyasında “Nyu-Yorkun görməli yerləri” fotosərgisinin açılış mərasimi keçiriləcək. ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu və ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə keçirilən bu sərgidə 81 fotoşəkil nümayiş olunur. Sərgi Nyu-Yorkun görməli yerlərinin mühafizəsi Aktının 40-cı ildönümünü ilə əlaqədar təşkil olunub. 50-dən çox ölkədə nümayiş olunan bu sərgi Nyu-Yorkun həyatı, müxtəlifliyi və tarixini onun görməli yerləri vasitəsilə işıqlandırır.
« Ermənilər “Sarı Musa türbəsi”nin divar rəsmlərini pozub yerinə xaç şəkli çəkiblər | Əsas səhifə | «Senzornamə» adlı filmin təqdimatı keçirilib »




Bölmə: 








