İsveçrənin Montro şəhərində keçirilən 41-ci musiqi festivalında iştirak edən Şahin Növrəsli finala çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın finalında Şahin Növrəslidən başqa Avstriya, Fransa və Kubanın təmsilçiləri də çıxış edəcəklər. Qeyd edək ki, Montro festivalına Azərbaycanın tanınmış musiqiçiləri Salman Qəmbərov, Fəxrəddin Dadaşov , Ruslan Hüseynov, Vaqif Əliyev, Mircavad Cavadov və Natiq Şirinov da qatılıblar.
« “Lənkəran TV” kanalının tezliyi üzrə elan edilən müsabiqə baş tutmaya bilər | Əsas səhifə | Ermənilər “Sarı Musa türbəsi”nin divar rəsmlərini pozub yerinə xaç şəkli çəkiblər »




Bölmə: 









e110365 adlı istifadəçi, İyul 19, 2007 tarixində, saat 13:01 yazıb:
Şahin II yerə layiq görülüb. Əhsən!