Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildi nəşr edilib. Bu barədə APA-ya AMEA-nın elmi informasiya şöbəsindən məlumat verilib. Kitabın baş redaktoru akademik Bəkir Nəbiyev, baş redaktorun müavini AMEA-nın müxbir üzvü Teymur Kərimli, cildin məsul redaktoru AMEA-nın müxbir üzvü, mərhum Azadə Rüstəmovadır. Bu cilddə ən qədim zamanlardan XIII yüzilliyə qədər olan dövrün Azərbaycan ədəbiyyatı əhatə olunub. Kitabda həmçinin qədim alban yazılı abidələri və VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı şairlərin yaradıcılığı, bu ədəbi-mədəni prosesin zirvəsini təşkil edən Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilib. XI-XII əsrlər Azərbaycan poeziya məktəbi və onun Qətran Təbrizi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani kimi görkəmli nümayəndələrinin yaradıcılıq özəlliklərinin təhlilinə cilddə xüsusi yer ayrılıb. Kitabın birinci cildi 2004-cü ildə “Elm” nəşriyyatı tərəfindən nəşr edilib.
« Şahin Növrəsli Montro festivalında ikinci yeri tutub | Əsas səhifə | Maliyyəçilərin incəsənət tutqusu böyükmüş »




Bölmə: 










Novarg adlı istifadəçi, İyul 20, 2007 tarixində, saat 10:23 yazıb:
Vefat etmish qadin haqqinda danishanda merhume demek lazimdir…
Bir de, men basha dushmedim, qedim Alban yazili abidelerinin Azerbaycan Edebiyyati tarixine ne dexli var…?
“VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı şairlərin yaradıcılığı” - dehshetdir… Dord esr… Ereb dilinde yazilan 400 illik edebiyyat…
Buna xerclenen vesaiti iki savadli ushagin xaricde tehsil almasina yoneltseydiler daha xeyirli olardi…
Tesevvur edin ki, bu alticildliyin son cildi, yani Muasir Azerbaycan Edebiyyati bolumu nece rengareng olacaq… Mes, Murad Kohneqala yaradiciliginda bulvar sohbetlerinin xususi chekisi, Gunel Movlud`un eserlerinde eyaletin ozunu qabariq biruze veren tesiri, Nermin Kamal ve Eko - Bir defe Italiya`da, Aqshin ve Baki-Qazax qatari, S.B. (bunun adini tam yazmaga ehtiyac yoxdu…) ve Baki Shampan Sherab - 2… Maraqli olacaq… -))