İsveçrənin Montro şəhərində keçirilən 41-ci musiqi festivalında iştirak edən azərbaycanlı cazmen Şahin Növrəsli ikinci yeri tutub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivala 40-dan çox ölkənin təmsilçiləri qatılıb. Festivalın final konsertində dörd ölkənin - Azərbaycan, Avstriya, Fransa və Kubanın təmsilçiləri çıxış ediblər. İlk dəfə bu festivalda iştirak edən Azərbaycan təmsilçisinin çıxışı yüksək qiymətləndirilib. Qeyd edək ki, festivalda iştirak edən Azərbaycan nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir.
« Rüstəm Behrudinin tənhalığı | Əsas səhifə | “Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildi işıq üzü görüb »




Bölmə: 








