Qaynar xəbər portalı

İlin sonu üçün çap olunacaq

“Azərbaycan kino ensiklopediyası” üzərində iş tamamlanıb. Hazırda topluda yer alan materiallar yoxlanılır. Bu barədə “OLAYLAR”a kitabın tərtibçisi kinoşünas Aydın Kazımzadə məlumat verib. Davamı…


Bu gün Hindistanın Nyudemi şəhərində beynəlxalq Asiya və ərəb ölkələri kino festivalı azərbaycanlı aktyorların çəkildiyi “Raami” filmi ilə öz işinə başlayıb. Bu barədə APA-ya “Yuğ” teatrından bildirilib. Məlumata görə, İranda çəkilən film Hindistan və Azərbaycanın birgə istehsalıdır. Davamı…


Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Biz qayıdacağıq” filminin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, filmin rejissoru Elxan Qasımov, ssenari müəllifi Natiq Rəsulzadə, quruluşçu operatoru Rafiq Əliyev, bəstəkarı Rauf Əliyevdir. Davamı…


Kamal Abdulla Kamal Abdulla: “Cəmiyyəti formalaşdırmaq təfəkkür sahiblərinin iradəsi ilə gerçəkləşir, amma bizim cəmiyyətin filosoflarla, yazıçılarla ünsiyyət dili çox zəifdir”

Müsahibimiz Bakı Slavyan Universitetinin rektoru, professor, yazıçı Kamal Abdulladır

- Biz “milli dəyər” adına tanınan bəzi yanlış anlayışları tez-tez tənqid edirik. Bəzən bizi tənqid edənlər də bizə məhz bunu irad tuturlar. Siz bir neçə tarixi romanların müəllifi, dilçi, həm də mifologiyaya yaxşı bələd olan alimsiniz. Sizcə, azərbaycanlı üçün dəyər nədir və nəyi dəyər adına qorumaq istəyir?
- Təəssüf ki, dəyər anlayışını çox zaman düzgün yozmurlar. Milli dəyərlərə elə münasibət bəsləyirik ki, sanki bu dəyərlər azərbaycanlının özəl mülkiyyəti imiş. Belə deyək də, biz əlahiddəliyə meylliyik, ona tamarzıyıq. Əslində, bu dəyərlərin əksəri bütün dünya xalqlarında var. Guya, məsələn, böyüyə hörmət yalnız azərbaycanlıda ola bilər, ingilisdə yox və s. Halbuki çox və ya az dərəcədə bu dəyərlər bütün xalqlarda var və tarixən də olub. Əslində dəyər milli ola bilməz, dəyər bəşəridir. Davamı…


Dünya maliyyə bazarının iri oyunçuları, xüsusilə də hec fondlarının idarəçiləri 2006-2007-ci illərdə incəsənət əsərlərinin ən fəal alıcıları olub. “ARTnews” dərgisinin artıq 17-ci dəfə tərtib etdiyi ənənəvi reytinqdən belə məlum olur. Davamı…