Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Biz qayıdacağıq” filminin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, filmin rejissoru Elxan Qasımov, ssenari müəllifi Natiq Rəsulzadə, quruluşçu operatoru Rafiq Əliyev, bəstəkarı Rauf Əliyevdir. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb. Muğamı, sənəti çox sevsə də, zabit olmağı, Vətənə əsgər kimi xidmət göstərməyi üstün tutan uşaq obrazını gənc muğam ifaçısı Pərvaz İbrahimli canlandırıb. Filmdə digər rolları Ayan Mirqasımova, Ömür Nağıyev, İlham Əsgərov, Kamil Ağazadə və başqaları ifa ediblər. Təqdimat mərasimini giriş sözü ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov açaraq, kinostudiyada ildə iki film çəkildiyini qeyd edib: “Biz çalışırıq ki, bu filmin biri Qarabağla bağlı olsun”. Filmin rejissoru Elxan Qasımov çıxışında 13 yaşlı gəncin baxışı ilə Qarabağ faciəsinin ekranda ilk dəfə canlandırıldığını vurğulayıb. 1 saat 20 dəqiqəlik bu filmin sentyabr ayında televiziya ilə yayımlanması nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: