Dünya maliyyə bazarının iri oyunçuları, xüsusilə də hec fondlarının idarəçiləri 2006-2007-ci illərdə incəsənət əsərlərinin ən fəal alıcıları olub. “ARTnews” dərgisinin artıq 17-ci dəfə tərtib etdiyi ənənəvi reytinqdən belə məlum olur. Art-bazarın yüzlərlə nümayəndələrinin cəlb olunduğu bu reytinqdə satın alınmış incəsənət əsərlərinin toplam dəyəri açıqlanmır.
Reytinqə kaliforniyalı milyarder və filantrop, sərvətini inşaat sahəsinə yatırdığı investisiyalarla qazanmış eli Brod başçılıq edir.
İkinci və üçüncü yerlərdə isə gənc hec milyarderləri Stiven Koen və Kennet Qriffin bərqərar olublar. Onlar Devid Siyahıda ən böyük hərrac evi “Christies”in sahibi fransız Fransua Pino, amerikalı maliyyəçiləri Henri Krevis, “Este Lauder” imperiyasının sahibi və $135 milyona Qustav Klimtin “Qızıl Adel”ini almış Ronald Lauder, israilli Semmi Ofer, “Danaher” konserninin sahibi Mitçell Rays (ABŞ), nüfuzlu britaniyalı qalereyaçı Çarlz Saatçi və ABŞ-ın ən böyük diskont broker şirkətinin sahibi Çarlz Şvab da var.
« “Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildi işıq üzü görüb | Əsas səhifə | Azərbaycan cəmiyyəti formalaşmayıb »




Bölmə: 








