Qaynar xəbər portalı

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu bu gün Azərbaycan Yazıçılar Birliyinin qonağı olub. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun APA-ya bildirdiyinə görə, görüşdə birgə əməkdaşlıq layihələri müzakirə olunub. Davamı…


On Azərbaycan şairinin kitabı Türkiyədə nəşr olunacaq. Bu barədə APA-ya Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu məlumat verib. Onun sözlərinə görə, kitabları Avrasiya Yazarlar Birliyi çap etdirəcək. Davamı…


Türkiyədə ekrana çıxacaq yeni filmdə Azərbaycan ziyalılarının həyata baxışları, dünyagörüşləri, düşüncələri əks olunacaq. Bu barədə APA-ya Avrasiya Yazarlar Birliyinin nümayəndəsi Ömər Kayır məlumat verib. Onun sözlərinə görə, filmin texniki məsələləri ilə Ömər Çalışqan məşğul olacaq. Davamı…


Yüzcildlik “Azərbaycan folkloru” külliyyatının daha üç cildi çapa göndərilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. Onun bildirdiyinə görə, külliyyatın ilk on cildi nağıllardan ibarət olacaq. Davamı…


“İpək Yolu” ansamblı Alim Qasımov və Fərqanə Qasımovanın iştirakı ilə “Leyli və Məcnun” operasının yeni səhnə variantı hazırlayacaq. Bu barədə APA-ya xanəndənin ailəsindən məlumat verilib. Layihənin gerçəkləşməsi üçün Alim Qasımov, Fərqanə Qasımova, Rauf İslamov və Ələsgər Məmmədov avqustun 16-da Fransaya səfər edəcək. Davamı…


Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Nəriman Əzimovun səhhətində problemlər yaranıb. Bu barədə APA-ya N.Əzimovun gəlini Lalə Əzimova məlumat verib. Davamı…


Avqustun 14-də xalq artisti Alim Qasımovun 50 yaşı tamam olacaq. Həmin gün xanəndə yubileyini ailəsi ilə birlikdə qeyd edəcək. Bu barədə APA-ya məlumat verən Alim Qasımov yubileyinin dövlət səviyyəsində də keçiriləcəyini vurğulayıb. Davamı…


PelevinGÖY FƏNƏR


Pəncərənin arxasında yanan göy fənərin işığından palata, demək olar ki, işıqlı idi. İşıq əcaib göy və rəngsiz idi. Və əgər çarpayıdan sağa əyiləndə görünən ay olmasaydı, çox vahiməli mənzərə alınardı. Yuxarıdan konusvari düşən ay işığı cansız parıltını zəiflədir, onu sirli və mülayim edirdi. Ancaq mən sağ tərəfə sallananda, iki dəmir ayaq ani yuxarı qalxır və sonra zərblə döşəməyə dəyirdilər. Həticədə çarpayıların iki sırası arasındakı göy işıq zolağını qəribə şəkildə tamamlayan tutqun səs yaranırdı. Davamı…