“İpək Yolu” ansamblı Alim Qasımov və Fərqanə Qasımovanın iştirakı ilə “Leyli və Məcnun” operasının yeni səhnə variantı hazırlayacaq. Bu barədə APA-ya xanəndənin ailəsindən məlumat verilib. Layihənin gerçəkləşməsi üçün Alim Qasımov, Fərqanə Qasımova, Rauf İslamov və Ələsgər Məmmədov avqustun 16-da Fransaya səfər edəcək. Avqustun 21-nə kimi davam edəcək səfər çərçivəsində əsər üzərində məşqlər aparılacaq. Layihənin hazırlanması təklifi “İpək Yolu” ansamblından olunub. Tamamilə yeni variantda hazırlanacaq “Leyli və Məcnun”da müasir çalğı alətlərindən istifadə olunacaq. Layihədə Məcnunu Alim Qasımov, Leylini isə Fərqanə Qasımova canlandıracaq. Səfər çərçivəsində layihənin təqdimat mərasiminin vaxtı da müəyyənləşdiriləcək. Fransada keçiriləcək təntənəli təqdimat mərasimindən sonra layihənin bir çox ölkələrdə təqdim olunması da nəzərdə tutulub. Xanəndələri “İpək Yolu” ansamblı, Rauf İslamov və Ələsgər Məmmədov müşayiət edəcək. Qeyd edək ki, layihənin Bakıda nümayiş etdirilməsi üçün təşkilatçılara dəvət göndərilməlidir.
« Xalq artisti Nəriman Əzimovun səhhətində problemlər yaranıb | Əsas səhifə | Yüzcildlik “Azərbaycan folkloru” külliyyatının daha üç cildi çapa göndərilib »




Bölmə: 








