On Azərbaycan şairinin kitabı Türkiyədə nəşr olunacaq. Bu barədə APA-ya Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu məlumat verib. Onun sözlərinə görə, kitabları Avrasiya Yazarlar Birliyi çap etdirəcək. Azərbaycan ədəbiyyatını təmsil edən bu şairlərin kim olacağını Azərbaycan Yazıçılar Birliyi müəyyənləşdirəcək. Bu sırada Azərbaycan poeziyasının həm tanınmış, həm də gənc şairləri yer alacaq. Avrasiya Yazarlar Birliyi bu kitabların təkcə nəşrini yox, həm də Türkiyədə yayılmasını öz öhdəsinə götürüb.
« Türkiyədə ekrana çıxacaq yeni filmdə Azərbaycan ziyalılarının həyata baxışları əks olunacaq | Əsas səhifə | Avrasiya Yazarlar Birliyinin sədri Azərbaycan Yazıçılar Birliyinin qonağı olub »




Bölmə: 








