ABŞ-ın ölkəmizdəki səfirliyi Bakıdakı abidələrlə bağlı foto-müsabiqə elan edir.
Hər bir azərbaycanlı tələbə bu layihənin iştirakçısı ola bilər. Səfirlikdən verilən məlumata görə, fotolarda Bakıdakı tarixi-memarlıq abidələri ətraflı əks etdirilməlidir. Müsabiqəyə təqdim edilən fotolardan ibarət sərgi təşkil ediləcək. Sərgi tələbələrin Azərbaycanın tarixi abidələrinə daha yaxşı bələd olmaları üçün həyata keçirilir. Avqustun 10-da sərgi başa çatdıqdan sonra müsabiqənin qalibləri elan olunacaq.




Bölmə: 









Rena adlı istifadəçi, May 15, 2008 tarixində, saat 23:47 yazıb:
musabiqede ishtirak etmek uchun sekilleri hara vermek lazimdr?
hansisa internet adres var?