Qaynar xəbər portalı

Kitab dünyası


“Oskar” mükafatlı animasiya filmi bir aya təqdim olunacaq

“Halal” studiyasında dublyaj olunan “Misir şahzadəsi” adlı animasiya filmi üzərində iş yekunlaşır. “Dream vorks” studiyasının istehsalı olan bu animasiya filmində personajları Azərbaycanın tanınmış aktyorları - Səyavuş Aslan, Rasim Balayev, Roza Tağıyeva, Elşən Rüstəmov, Səidə Quliyeva və başqaları səsləndiriblər. Bu barədə studiyanın rəhbəri Eldar Aslan məlumat verib.Qeyd edək ki, “Misir şahzadəsi” Musa peyğəmbərin həyatı haqqındadır. Hollivudda istehsal olunan bu ekran işi keyfiyyətinə görə, “Oskar”a layiq görülüb. Hazırda cizgi filminin hansı telekanalda nümayiş ediləcəyi müzakirə olunur. E.Aslan bir aydan sonra sözügedən ekran işinin animasiya həvəskarlarına təqdim olunacağını deyib: “Hazırda bunu dəqiqləşdiririk. Bir nəticəyə gəldikdən sonra hər bir insanın izləməsi üçün, animasiya filmini axşam təqdim edəcəyik”.
Onu da diqqətinizə çatdıraq ki, “Halal” studiyası əslən Güney Azərbaycandan olan Sami Yusufun Bakıya növbəti səfərinin hazırlıqlarına başlayıb. Payız aylarında planlaşdırılan səfərin bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən il Azərbaycana ailəsi ilə birgə səfər edən S.Yusufun Orta Asiya və Rusiyadakı konsertlərini bundan sonra sözügedən şirkət təşkil edir. E.Aslan bildirib ki, sadalanan ölkələrdən təklif gəlsə, S.Yusufun konsertini həmin yerlərdə təşkil edəcəklər. Şirkət rəhbəri onu da bildirib ki, İran və yaxın Şərq ölkələrinin müğənnilərini də Bakıya gətirmək niyyətindədirlər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: