“Səbayel rayon məhkəməsi cinayət subyekti olan studiyalarda yoxlamalar keçirilməsi ilə əlaqədar qərar qəbul edib”. Bu açıqlamanı APA-ya Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov verib. Onun sözlərinə görə, agentliyin apardığı monitorinq zamanı toplanan materiallar əsasında audio-video məhsulların qeyri-qanuni istehsalı və yayımı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Davamı…

İyl
26
İyl
26
“İssıkkul” beynəlxalq film festivalında Azərbaycan üç filmlə təmsil olunacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
“Yeni Dalğa” Prodüsser Mərkəzində istehsal olunan “Qrinviç meridianından kənarda”, “Dərviş production”un istehsalı olan “Ev” və “Exo production”un “Nəfəs” filmləri Qırğızıstanda keçiriləcək “İssıkkul” beynəlxalq kinofestivalında ölkəmizi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya bildirilib ki, festival 3-9 sentyabr tarixlərində gerçəkləşəcək. Davamı…
İyl
26
Azərbaycanda əqli mülkiyyətə əsaslanan sənayenin ümumi daxili məhsulda (ÜDM) çəkisi 2,4% təşkil edir.
«APA-Economics»-in bildirdiyinə görə, bu barədə «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü: əqli mülkiyyət sektorunun problemləri və onların həlli yolları» mövzusunda keçirilən dəyirmi masada Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli məlumat verib. Davamı…
İyl
26
Azərbaycanın 7 karikaturaçı rəssamının 12 əsəri Almaniyada nəşr olunan jurnalda yer alıb. Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə APA-ya bildirib ki, jurnal Almaniyada keçirilən karikaturaçıların beynəlxalq festivalına həsr edilib. Davamı…
İyl
26
Bu problem Yaşar Nurini bərk narahat edir
Müasir Azərbaycan teatrı çoxsaylı problemlərin həllini tədricən tapmağa başlayıb. Bina, aktyor və səhnə atributları sarıdan hələ də çətinlik çəkən bəzi teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışlarını davam etdirirlər. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bugünkü reallığa uyğun əsərlərin olmadığını dövrün vacib problemi olaraq önə çəkirlər. Davamı…
İyl
26
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi ildə bir dəfə “Poeziya günü” adlı toplu nəşr etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın məlumatına görə, çağdaş Azərbaycan poeziyasının inkişafı və yaradıcı adamlarla əlaqələr qurmaq məqsədilə nəşrə başlayan bu toplu hər il 3 Mart - Beynəlxalq Poeziya Günü və Novruz bayramı ərəfəsində işıq üzü görəcək. Davamı…
İyl
26
“GRAZY FROQ” BAKIYA GƏLİR
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Ötən il mahnıları dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda hit olan “Grazy Froq” qrupu Bakıya gələcək.
Qrupun avqustun 18-də “Aqua rark”da konserti planlaşdırılır. Davamı…








