Azərbaycanda əqli mülkiyyətə əsaslanan sənayenin ümumi daxili məhsulda (ÜDM) çəkisi 2,4% təşkil edir.
«APA-Economics»-in bildirdiyinə görə, bu barədə «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü: əqli mülkiyyət sektorunun problemləri və onların həlli yolları» mövzusunda keçirilən dəyirmi masada Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli məlumat verib. X. Həsənlinin sözlərinə görə, hazırda dünya üzrə ÜDM-də bu göstərici 13%-dir. Azərbaycanda əqli mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulduğunu deyən agentlik rəsmisinin bildirdiyinə görə, bu gün ölkədə satılan hər 10 audio-video kasetdən 8-i, kompüter proqramlarının isə 90-94%-i pirat məhsuldur. Nəşr olunan kitabların 80%-də müəllif hüquqları pozulur.
« Azərbaycanlı karikaturaçıların əsərləri alman jurnalında | Əsas səhifə | “İssıkkul” beynəlxalq film festivalında Azərbaycan üç filmlə təmsil olunacaq »




Bölmə: 








