Qaynar xəbər portalı

Kitab dünyası


“Səbayel rayon məhkəməsi cinayət subyekti olan studiyalarda yoxlamalar keçirilməsi ilə əlaqədar qərar qəbul edib”. Bu açıqlamanı APA-ya Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov verib. Onun sözlərinə görə, agentliyin apardığı monitorinq zamanı toplanan materiallar əsasında audio-video məhsulların qeyri-qanuni istehsalı və yayımı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. “Bakı şəhər prokurorluğu belə hesab edir ki, cinayətin subyektində, yəni studiyaların özündə ciddi yoxlamalar keçirilməlidir. Bununla bağlı Bakı şəhər prokurorluğu Səbayel rayon məhkəməsinə müraciət edib. Səbayel rayon məhkəməsi də işə baxaraq, cinayətin subyekti olan studiyaların özündə yoxlanmalar keçirilməsi ilə bağlı qərar qəbul edib”. Qeyd edək ki, Azərbaycanda audio-video məhsulların istehsalı ilə “Səbuhi”, “Böyük şahinlər”, “Melodiya”, “Nurlu sabah” studiyaları məşğul olurlar.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: