Bu problem Yaşar Nurini bərk narahat edir
Müasir Azərbaycan teatrı çoxsaylı problemlərin həllini tədricən tapmağa başlayıb. Bina, aktyor və səhnə atributları sarıdan hələ də çətinlik çəkən bəzi teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışlarını davam etdirirlər. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bugünkü reallığa uyğun əsərlərin olmadığını dövrün vacib problemi olaraq önə çəkirlər.Lakin həmkarlarından fərqli olaraq xalq artisti Yaşar Nuri radio və televiziyalarda bədii əsərlərin say azlığından şikayət etdi: “Ötən illərdə teatrdan çox kinoda müəyyən problemlər mövcud idi ki, artıq bunların müəyyən qismi müsbət həllini tapır. İndi bunlardan çox radio və tele-kanallarda bədii əsərlərin sayı azalıb. Sovet dövründə belə idi ki, aktyorlar bu sahədə də çalışardılar. Yazarlarla bir araya gəlib meydana dəyərli məhsul çıxara bilərdilər. Lakin bu gün yazarlara ödənilən qonorar kifayət etmədiyindən səhnə əsəri yazmaqdan imtina ediblər. Hazırda teatrların problemi daha çox bu məsələ ilə bağlıdır”.
Məlumatlara görə, son zamanlar teatrlara gələn aktyorların peşəkarlığı da arzuolunan səviyyədə deyil. Bu fikirlə razılaşan Y.Nuri hesab edir ki, onların arasında yaxşıları da var, lakin 30 ilin aktyorunun maddi vəziyyətinə baxanda onların sənətə həvəsləri ölür. Aktyor deyir: “Bir var yolçuya baxıb yolçuluğu öyrənəsən, bir də var alimə baxıb almilik etmək istəyəsən. Gərək bu sahədə çalışanların maddi vəziyyəti yaxşı olsun ki, gənclərdə də həvəs yaransın”.
“Teatr və teatr fəaliyyəti haqqında” qanunun qəbulundan sonra bu sahədə problemlərin həll olunub-olunmayacağı məsələsinə gəlincə, Yaşar Nuri qeyd etdi ki, öncə teatr sahəsində yaranan münasibətləri tənzimləyən qanun qəbul etməklə bir sıra problemləri yoluna qoymaq olar. Lakin qanunu qəbul etməkdən öncə geniş ictimai müzakirələr aparılmalıdır.
“Qanuna elə maddələr salınmalıdır ki, sonradan heç bir problem yaranmasın və qanunun işlək olması təmin edilsin. Qanunda gənc aktyorlara qayğı, onların sosial müdafiəsini təmin edən müddəalar əksini tapmalıdır. Hesab edirəm ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gənclər və İdman Nazirliyindən gəldiyindən gənclərin problemini kifayət qədər bilir. Yəqin yeni nazir tetarlarda çalışan gənclərin də problemlərini aydınlaşdıracaq”.
Yaşar Nuri teatrın böhran dövrünün uzun sürdüyünü iddia edən həmkarlarının fikrini birmənalı qəbul etmir və bizcə haqlı olaraq deyir ki, istənilən sahənin inkişafı üçün əsas şərt maddiyyatdır. Əgər aktyora yaxşı pul verilməsə, ondan yalnız ilk aylarda yaxşı aktyor oyunu gözləmək olar. Sonra özü həvəsdən düşəcək, yalnız səhnədə oynamaq xatirinə rol göstərəcək.
Ayna
« “POEZİYA GÜNÜ” İLDƏ BİR DƏFƏ QEYD OLUNACAQ | Əsas səhifə | Azərbaycanlı karikaturaçıların əsərləri alman jurnalında »




Bölmə: 









mehman adlı istifadəçi, İyul 29, 2007 tarixində, saat 14:40 yazıb:
Doqurdanda men bir yaradici bir insan kimi yazida deyilenlerle tam raziyam .Amma menede ele gelir ki,dovlet bascimiz hormetli Ilham Eliyev ve Medeniyyet ve Turizim naziri E.Qarayev bu barade biz yaradici genclere oz ellerinden geleni edecekler .Onuda unutmayaq ki,her bir xalqin medeniyyeti onun kecmisini tesdiqleyen bir senetdir.