“Mövlanə Azərbaycanda” adlı filmin çəkilişləri başa çatıb. Bu barədə APA-ya filmin rejissoru Tofiq İsmayılov məlumat verib. Şərqin böyük mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin həyat və yaradıcılığına həsr olunmuş filmin ssenari müəllifi Rafael Hüseynovdur. 800 il öncə Konyada yaşayıb-yaradan Ruminin mavzoley-məqbərəsinin bu gün də dünya alimlərinin sevimli ziyarətgahına çevrilməsi, Mövlanə irsinin əvəzsiz mənbə olması faktları lentə köçürülüb. Türkiyə və Konyada çəkilən kadrlarla yanaşı, filmdə Azərbaycanın elm və mədəniyyət xadimlərinin çıxışları yer alıb. Çəkilişləri artıq başa çatdırılan film avqustun ikinci yarısında tamaşaçılara təqdim olunacaq. Qeyd edək ki, bu ekran əsərinin lentə alınması Azərbaycanda keçiriləcək Rumi Günləri çərçivəsində Konya Böyük Şəhər Bələdiyyəsinin vəsaiti hesabına həyata keçirilib.
« Səsyazma studiyalarında yoxlamalar aparılacaq | Əsas səhifə | Yeni milli blog sistemi fəaliyətə başladı »




Bölmə: 








