Azərbaycan internet məkanında ilk yeni milli blog layihəsi fəaliyyətə başlayıb. AzeriBlog – milli blog saytı istifadəçilərinə yüksək surətdə işləmək, limitsiz host, subdomain imkanı və s. xidmətlər verməklə yanaşı internet məkanında ana dilimizin zənginləşdirilməsini qarşısına məqsəd qoymuşdur. Həmçinin internetdə ana dilli resursların boşluğunu aradan qaldırmaq üçün real virtual imkan vasitəsidir. Saytın yaradıcıları bu milli blog sayəsində dünyada olan Azərbaycan millətinə mənsub insanları vahid network şəbəkəsi ətrafında birləşdirmək əzmindədirlər. Eyni zamanda Azərbaycan internet məkanında blog ənənəsinin təməlini atmaq, hər bir Azərbaycan internet istifadəçisinin özünə bir blog yaratmaqla yanaşı, şəxsi web gündəliyə, sayta sahib olması imkanı verirlər. Sizlər www.azeriblog.com saytına daxil olaraq bu gözəl xidmətdən istifadə etmək şansını əldə edə bilərsiniz.
Kultaz
« “Mövlanə Azərbaycanda” adlı filmin çəkilişləri başa çatıb | Əsas səhifə | “ŞƏRQ-QƏRB” FESTİVALI ÇƏRÇİVƏSİNDƏ “DƏYİRMİ MASA” »




Bölmə: 








