Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov Yaşıl Teatrın baş rejissoru vəzifəsinə təyin olunub. Davamı…

İyl
28
Gövhər Həsənzadə Yaşıl Teatrın direktoru, Faiq Sücəddinov isə baş rejissoru təyin olunub
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
İyl
28
Elçin Əfəndiyev necə məşhurlaşdı?
Bölmə: Ədəbiyyat | ≅ 4 şərh var
Qan TURALI
qan_tural@yahoo.com
Bu yaxınlarda əlimə Elçin Əfəndiyevin tərcümələri toplanan bir kitab keçmişdi. Adı belə idi: «Pyer Düi necə məşhurlaşdı?» Bu, Andrea Moruanın hekayəsinin adıdır və Elçin Əfəndiyev bu hekayənin adını kitaba verib.
Hekayənin məzmunu belədir: Bir rəssam nə qədər istedadlı olsa da, uğur qazana bilmir. Tənqidçi ona məsləhət görür ki, ağlına nə gəlirsə, onu da çəksin. Rəssam bununla razılaşmır, «soruşsalar nə cavab verərəm?» - deyir. Tənqidçi də onu öyrədir ki, soruşsalar, de ki, “siz bilirsinizmi, çay necə axır?» Sonra da laqeydcəsinə sual verənin üzünə bax. Heç kim bu cavabdan heç nə başa düşməyəcək, amma elə biləcəklər ki, sən dahisən. Davamı…
İyl
28
“Nəfəs”in xatirəsinə
Bölmə: Ədəbiyyat | ≅ 8 şərh var
Aqşinin Elseverə bağışladığı bir kitab var. Deyəsən, Şekspirin pyesləridir. Aqşin kitabın iç üzünə Şekspirvari bir söz də yazıb: “Allah olmaq istəyən bir bədbəxtə bədbəxt olmuş Allahdan hədiyyə”. Bu, Aqşinin özü haqqında verdiyi dahiyanə proqnozudur. Bəlkə də Aqşin bu cümləni çoxdan unudub. Allahın özü belə bu gün bizimlə bir yerdə yaşayıb, eyni havanı, eyni suyu bölüşsəydi – xoşbəxt ola bilməzdi… Bir də ki, Fellini demişkən, kim deyir ki, insan elə xoşbəxt olmalıdır, həmçinin Allah… Nə isə… Davamı…
İyl
28
Qədim Troya ilə müqayisə edilən Şəmkir şəhər xarabalığından su arxı keçir…
Qədim Şəmkir şəhəri dağılmaq təhlükəsi qarşısındadır. Nə qədər qəribə olsa da, orta əsrlərə aid abidənin içərisindən arx keçir. Bu barədə Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev söylədi. Onun sözlərinə görə, arx sözügedən abidənin dağılmasına səbəb olur. Öyrəndik ki, bununla əlaqədar olaraq birlik Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət edib. Davamı…
İyl
28
Animator Elçin Hami Axundovun animatorlar üçün hazırlıq kurslarının təşkilini nəzərdə tutan layihəsinə Mədəniyyət və Turizm Nazirliyinin kino işləri şöbəsində baxılır. Animator mətbuata verdiyi açıqlamasında bildirib ki, hazırda layihənin taleyinin necə olacağı məlum deyil. E.H.Axundovun sözlərinə görə, layihənin dövlət vəsaiti hesabına maliyyələşəcəyi gözlənilir. Qeyd edək ki, layihəyə əsasən, animator olmaq istəyənlərə ilyarım dərs keçiləcək. Davamı…
İyl
28
Burada bir sıra ölkələrin kino xadimləri iştirak edəcəklər
Sentyabrın 10-16-da keçiriləcək IX “Şərq-Qərb” Kino Festivalı çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq. Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin məlumatına görə, festival zamanı “Milli kinematoqrafiya - böyük ekrana yol” mövzusunda “dəyirmi masa” keçiriləcək. Davamı…








