Elçin Əfəndiyev necə məşhurlaşdı?
Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 28 Temmuz, 2007
Qan TURALI
qan_tural@yahoo.com
Bu yaxınlarda əlimə Elçin Əfəndiyevin tərcümələri toplanan bir kitab keçmişdi. Adı belə idi: «Pyer Düi necə məşhurlaşdı?» Bu, Andrea Moruanın hekayəsinin adıdır və Elçin Əfəndiyev bu hekayənin adını kitaba verib.
Hekayənin məzmunu belədir: Bir rəssam nə qədər istedadlı olsa da, uğur qazana bilmir. Tənqidçi ona məsləhət görür ki, ağlına nə gəlirsə, onu da çəksin. Rəssam bununla razılaşmır, «soruşsalar nə cavab verərəm?» – deyir. Tənqidçi də onu öyrədir ki, soruşsalar, de ki, “siz bilirsinizmi, çay necə axır?» Sonra da laqeydcəsinə sual verənin üzünə bax. Heç kim bu cavabdan heç nə başa düşməyəcək, amma elə biləcəklər ki, sən dahisən. Rəssam ağlına nə gəlirsə, çəkməyə başlayır və ilk sərgisi böyük uğur qazanır. Tənqidçi öz xidmətlərini yada salanda rəssam ona cavab verir: Bilirsənmi, çay necə axır? Hekayə burda başa çatır.
Rəssamlıqdan söz düşmüşkən, Patrik Züskindin “Dərinlik ehtirası” hekayəsini də yada salaq. Sonra yazıya keçərik. Hekayəni AYB-nin ən istedadlı yazıçısı İlqar Fəhmi tərcümə edib. Gənc rəssam qızın ilk sərgisi açılır. Hamı şəkilləri tərifləyir. Tənqidçilərdən biri bu sərgi barədə yazı da yazır. Rəssamı xüsusi qiymətləndirsə də, məqalədəki bir cümlə rəssamın həyatında böyük rol oynayır. Tənqidçi yazır ki, rəssam istedadlı və gözəl rəssamdır, lakin onda dərinlik çatmır. Yazı çap olunandan sonra hamı bu sözü rəssama və bir-birinə deyir. Gənc rəssam depressiyaya düşür. Heç nə çəkə bilmir. İçkiyə qurşanır. Axırda özünü binadan atıb intihar edir. Qəzetlər bu dəfə yazır: “Rəssamda dərinlik ehtirası o qədər güclü idi ki, o, həyatın adiliyinə dözə bilmədi, ölümdə dərinlik axtardı”.
Elçin Əfəndiyevin də məşhurlaşması Pyer Düi metoduyla baş verib. Özü də bunu etiraf edir. Elçin Əfəndiyev gənc vaxtlarında hekayə yazarkən hekayələri “sonra”, “axırda”, “amma” kimi sözlərlə başlayırdı. Elə bilirdi ki, böyük yazıçılar belə yazırlar.
Pyer Düinin hekayəsinə qayıdaq. Pyer Düi ona doğru yolu göstərən rəssama təpik atır. Elçin Əfəndiyev də ədəbiyyatda Markesi və Tolstoyu yamsılamaqdan başqa bir iş görməyib. Özü şəhərin mərkəzində yaşasa da, Bakı kəndlərindən yazıb. Çünki dəfələlə deyildiyi kimi, Bakı öz estetikasına görə Cənubi Amerikanı xatırladır. Əsərlərindəki mənəviyyat problemini Tolstoydan imitasiya edib. Tolstoyun son dövrünün qəhrəmanları da Elçin Əfəndiyevin qəhrəmanları kimi olduqca mənəvidir. Düzdür, Tolstoy heç vaxt Kislovodkskda qaçqınlardan hekayə yazmayıb. Tolstoya heç çar Nikolay deməyib ki, Surət Hüseynov gələn kimi onun qabağına uzandınız. Hər nəsə. Elçin Əfəndiyev Markes və Tolstoydan bəhrələndiyini dəfələrlə qeyd edib.
Amma bu yaxınlarda əlimə yaxşı bir kitab keçib. Bu, Elçin Əfəndiyevin on cildliyinin onuncu cildidir. Ölkədə kitab nəşri sayəsində ciddi maliyyə problemlərinin olduğu bir vaxtda baş nazirin humanitar məsələlər üzrə müavininin özünün on, atasının yeddi cildliyini çap etdirməsi başqa, özü də ağır söhbətin mövzusudur. Amma müsahibələrin toplandığı onuncu cilddə mən Elçin Əfəndiyevin hüdudsuz rahatlığını görürəm. O, arxayındır ki, müsahibələri heç kim oxumur. Ona görə də müsahibələrində çox gülməli görünür. İkicə sitat gətirəcəyik:
«Markes məndən yaxşı yazar, yüksək bədii, estetik səviyyəli əsərlər yaradar, amma mənim dediyimi heç vaxt deyə bilməz. Elçinin dediyini pis-yaxşı ancaq özü deyə bilər» (səh. 311).
Tolstoyla bağlı sitata keçək. Nərgiz Cabbarlı sual verir ki, Elçin müəllim, nəinki Azərbaycanda, heç türk dünyasında da Nobel alan olmayıb. Elçin cavab verir: «Nə olsun? Mən Tolstoy deyiləm, amma o da Nobel almayıb. Bu, göstərici deyil» (səh. 275).
Sizə uğurlu istirahət arzu edirəm. Bu həftə çox isti keçdi.





Yüklənir...
Salam,Qan Turalı…Əminliklə deyə bilərəm ki, Elçinin tərcümə etdiyi, hətta tərtib etdiyi, müqəddimə və məlumatlar yazdığı həmin kitabı sən heç əlinə də götürməmisən. Niyə? Çünki həmin rəssamın adı və soyadı Pyer Duşdur, Pyer Düi yox…Hekayənin adı verilən kitab isə sənin kimdənsə eşitdiyin kimi “Pyer Düi necə məşhurlaşdı” deyil, “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” dır…
Bu, sadəcə bir qeyd idi, elədim…səni çox gözəl başa düşürəm…yay doğrudan da çox isti keçir…amma diqqətli ol, əlinə belə almadığın kitabdan yazanda gərək çox ehtiyatlı olasan…
Hə, az qala unutmuşdum…o məşhur cümlə də yazıda düzgün verilməyib. Siz bilirsinizmi, çay necə axır? yox, ” Siz heç görmüsünüz ki, çay necə axır?” kimidir…Ehhh…Qan Turalı…siz heç görmüsünüz ki, çay necə axır..?
Doğurdan da çay necə axır?
Bir şey maraqlıdır…yazı müəlliflərinə şərhlərə münasibət bildirib aydınlıq gətirməyə qadağa var, yoxsa onların yazılarını oxuyub şərh yazanlara cavab yazmağı özlərinin uca mövqeyinə layiq bilmirlər?…Məncə çox oxucunun ürəyindən xəbər verdim…
Salam, mene cox maraqli geldi. Her 2 neferin sozunde esas var. Ryabina, belke ozune email yazasiniz? Men isterdim ki, o da cavablarin yazsin.
Ryabina,halaldır.Qan Turalı nə qədər ağıllı olsa,da çox əllaməlik edir(yəqin ki,inciməz sözümdən).Cavabını yaxşı vermisiniz.Ümumiyyətlə Qan Turalı bütün yazılarında səhvlər buraxır.Bir aforizmi başqasının adında çıxır,özü türk ədəbiyyatından plagiat edir,başqalarından çox şeyi mənimsəyir.Amma Elçinə lağ edir ki,Tolstoy və ya başqasından götürüb.Yazıb ki,
…..sərlərindəki mənəviyyat problemini Tolstoydan imitasiya edib…….
Ay bala,kim indi mənəviyyatdan yazsa,deməli Tostoydan oğurluq edir?
Qan Turalı,hələ çox şey öyrənməlisən.İroniya ilə demirəm.Mən həqiqətən istərdim ki,sən daha peşəkarcasına yazasan.