Qaynar xəbər portalı

Kitab dünyası


Burada bir sıra ölkələrin kino xadimləri iştirak edəcəklər

Sentyabrın 10-16-da keçiriləcək IX “Şərq-Qərb” Kino Festivalı çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq. Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin məlumatına görə, festival zamanı “Milli kinematoqrafiya - böyük ekrana yol” mövzusunda “dəyirmi masa” keçiriləcək.Festivalın baş direktoru “dəyirmi masa”nın kinomuzun beynəlxalq arenaya çıxmasına bir yardım məqsədi ilə təşkil olunacağını qeyd etdi. O bildirdi ki, bir sıra ölkələrin tanınmış prodüserlərinin, rejissorlarının, kino xadimlərinin iştirak edəcəyi “dəyirmi masa”da bu mövzu ətrafında geniş müzakirələr aparılacaq və təkliflər veriləcək:
“Artıq festivalın keçirilməsi üçün dövlət tərəfindən maliyyə ayrılıb və festivalda nümayiş olunacaq filmlər müəyyənləşdirilib. Ötən il bu planımız baş tutmadı. Ancaq builki festivalda bu günə kimi beynəlxalq ekranda nümayiş edilməmiş, 2006-2007-ci illərdə istehsal olunan filmlər göstəriləcək. Artıq festival iştirakçıları ilə danışıqlar baş tutub və müvafiq razılıqlar əldə olunub”.
Qeyd edək ki, festival çərçivəsində ilk dəfə olaraq Uşaq Filmləri Festivalının keçirilməsi də nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: