Dözümsüzlük sendromu

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 29 Temmuz, 2007

TuralQan Turalı
qan_tural@yahoo.com

Azərbaycan yazarında bir dözümsüzlük sendromu var. Əslində bu ümumilikdə xalqın sendromudur, xalqın ciddi kompleksidir. Azərbaycan xalqı bir qayda olaraq özünə yönəlmiş heç bir iradı qəbul etmir, onu yalan hesab edir. Azərbaycan yazarı da öz xalqından seçilmir. İstər dözümsüzlük məsələsində, istərsə də başqa məsələlərdə. Azərbaycan xalqının orta statisistik üzvü üçün Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin bütün dünyada analoqu yoxdur. Azərbaycan xalqı unikal və böyük xalqdır. Amma bütün dünya bizə qısqanc münasibət bəsləyir, çünki biz müsəlmanıq və türkük. Eyni şeyi türk xalqı haqqında da demək olar. Azərbaycan xalqı özünə vurğundur, özü haqqındakı yalanlara ürəkdən inanıb. Manqurt üçün başının dərisi nədirsə, ona yönələn hər əli kəsməyə necə hazırdırsa Azərbaycan yazarının da şəxsiyyəti və eqosu da elədir. Heç bir tənqid qəbul etməyən, özünə yönələn heç bir iradı anlamayan və bunların qısqanclıqdan doğduğuna inanan bir tipdir Azərbaycanlı yazar.
Biz dəfələrlə müxtəlif adamlar haqqında yazmışıq və onların bizə qarşı nə qədər dözümsüz olduğunu görmüşük. Əlbəttə, anlamaq çətin deyil ki, hər bir yazarın müəllif eqosu var, amma daha bu qədər cılız və xudpəsənd olmaq da heç bir işə yaramır.
Bir şeyi də xüsusi olaraq qeyd etməyə bir zərurət görürük. Cəmiyyətədə belə qəbul olunub ki, yazarın əsərini tənqid etmək olar, amma şəxsiyyətini yox. Bir dəfə Həmid Herisçi müsahibələrinin birində qeyd etişdi ki, bizdə olan “həyatı və yaradıcılığı” klişesi kökündən yanlışdır, çünki həyatdan ayrı bir yaradıcılıq mövcud deyildir. Bundan yaxşı nəsə yazmaq mümkün deyil. Azərbaycan ədəbiyyatında ciddi bir şəxsiyyət defisiti vardır. 60-cılar bu sahədə çox pis irs qoyub gediblər. Bu gün onların “zurnaçıları” olan gənclər də bu irsi davam elətdirirlər. Ortada şəxsiyyət yoxdursa əsər də yoxdur. Bilirəm ki, Elçin Əfəndiyev bu sözləri oxuyandan sonra faşizmə rəğbət bəsləmiş Haydeggeri, Gunter Qrassı misal çəkəcək. Belə olmağına baxmayın, Elçin Əfəndiyevin dərin intellekti var. Amma faşizm də özlüyündə bir ideologiya idi, özü də güclü ideologiya idi. Söhbət hansısa ideyadan maddiyyat ummaqdan yox, ideyaya sədaqətdən gedir. Elə Elçin Əfəndiyevin özü Kommunist Partiyasının qərarlarının ədəbiyyatda icra olunmasının vacibliyinə qədər onlarla məqalə yazıb. Düzdür, indi özü etiraf edir ki, bu məqalələr bədii əsərlərini yazmaq üçün gərəkli azadlığı qazanmaq üçün yazılıbmış. Olduqca kövrək arqumentdir. İsa Hüseynov bu məqalələrin birini də yazmayıb, amma bu ona Sovet dönəminin ən radikal əsərlərini yazmağa da mane olmayıb. Amma Elçin Əfəndiyev Sovet hökuməti dağılandan sonra AMİP-i seçdi. Öz qərarını Elçin Əfəndiyev bununla əsaslandırırdı ki, AMİP-in emblemində türkçülük var. İndi isə Elçin Əfəndiyevin harda olmasını hamı yaxşı bilir. Elçin Əfəndiyevdən yazarkən onun bu qədər zəngin bioqrafiyasına istinad etməmək mümkündürmü? Dəfələrlə yazmışıq, Elçin Əfəndiyevin şəxsi bioqrafiyası onun öz əsərlərindən dəfələrlə maraqlıdır. Bir sözlə, yazarın şəxsiyyəti və yaradıcılığı ayrılmazdır. Əsər yazanda cümlələri düzəltmək, dili gözəlləşdirməyə yazar nə qədər etina göstərirsə şəxsi həyatında da Şərə bulaşmamağa, siyasi hakimiyyətin “vintciyinə” çevrilməməyə də o qədər etina və diqqət göstərməlidir. Bütün bunlar Azərbaycandan kənarda “iki üstəgəl iki bərabərdir dörd” kimi adi görünür, lakin bizdə bunu dəfələrlə yazmağa ehtiyac var. Biz yazarkən şəxsiyyətlə əsəri ayırmırıq.
Biz indi konkret misallara keçirik. Yazılarımız yazılıb, oxuyan oxuyub, indi görün bu yazılara münasibət necə olub. Səlim Babullaoğludan başlayaq. Səlimin hansı sahədə istedadlı olması hamıya yaxşı bəllidir, bu Anara diframblar oxumaq sahəsində olan istedaddır, açığı deyək ki, Səlimin istedadı bu sahədə olduqca yağlı istedad təsiri bağışlayır. Amma mən Səlimin şeirləri haqqında ikicə sətir yazan kimi Səlim küçədə məni görəndə üzünü çevirməyə başladı. Səlimin bir şair kimi nəyə qadir olması barədə ədəbi kuluarlarda heç bir mübahisə getmir, o, bitmiş, tükənmiş bir şairdir, bəlkə də bu sözlərin özü də Səlim haqqında kompliment kimi də görünə bilər. Çünki bitmək və tükənmək üçün qabda bir şeyin olması da vacib şərtdir. Bütün bunlar nə anlama gəlir? Səlim və səlimkimilər özləri haqqında bir büt düzəldiblər, təriflənməyi gözləmədikləri kimi tənqidi də heç vaxr istəmirlər, özləri haqqqında eşitdikləri düz söz onları rəncidə edir. Bu rəncidəlik adi nəzakət qaydalarını pozmağa qədər davam edə bilər.
Başqa bir misal. Mənim dırnaqsız dostum Aqşin Yenisey. “Reytinq” qəzetində onun haqqında yazım çap olunandan bir həftə sonra “Alma”da “Qan Turalın qanaxması” adlı bir yazı yazdı. Bir il əvvəl Aqşinin “Azadlıq” qəzetində “dahi” adlandırdığı Qan Turalı indi “dılğır və tərbiyəsiz bir fəlsəfə məzununa” çevrildi. Dəyişən nə idi? Mənim haqqımda olduqca “yakışıksız” şeylər yazmağın səbəbi nədə idi? Bircə səbəb görürəm, onu da yazıram. Aqşin elə bir eqoizm səviyyəsinə çatıb ki, özü haqqında tənqidi bir cümləni də həzm edə bilməyir. “Sən kimsən ki, mənim haqqımda yazı yazırsan?” Aqşin belə düşünür. Amma Aqşinin siması mənə cavabı ilə daha yaxşçı açıldı, nəinki mənim yazım ilə. Bunu etiraf etmək gərək.
Ya da Cavanşir Yusifli. O, 525-ci qəzetdə olduqca zəif şeirlərini çap elətdirmişdi və biz də o şeirlər haqqında “Reytinq”də bir yazı yazdıq. İki-üç dəfə üzbəüz gəldik, mənə salam vermədi. Heç əvvəldən də salamlaşmazdıq. Arxada isə məni şillə-yumruqla hədələyir. Cavanşir Yusiflinin ciddi tənqidçi hesab etməsəm də onun tərcüməsində Pol Eşnoz və Patrik Züskindin romanlarını oxumuşam və mənim kimi neçə adam bu romanları oxuyub. Bir yazı ilə Cavanşir Yusiflini məhv etmək olmaz, amma Cavanşir Yusifli özünü o qədər kiçik görür ki, bir yazı ilə məhv olacağını və ədəbi mühitdə hörmətdən düşəcəyini zənn edir. Bir də insanın yaradıcılığın arxasında bütöv şəxsiyyət dayanmırsa və yazdıqları ədəbi masturbasiyadırsa onun haqqında tənqidi bir şey yazıb-yazmamağın heç bir önəmi yoxdur, Əlahəzrət Zaman özü hər işi yerinə qoyacaqdır.
Ya da hər zaman şəxsiyyətinə və yaradıcılığına ciddi hörmət etdiyim Murad Köhnəqala. Murad haqqında yazdığım yazı 525-ci qəzet üçün yazılmışdı, lakin Anar Rzayevin təzyiqi ya da Rəşad Məcidin “özünüsığortalama” cəhdi kimi mənim bu yazım 525-ci qəzetdə çapı dayandırıldı. Yeri gəlmişkən, yaşlı nəslə mənsub yazıçılardan biri mənimlə söhbətində dediyi bir cümləni olduğu kimi bura yazıram: “Mən bilirdim ki, Rəşad Məcid Anardan çəkinir, amma bilmirdim ki, o, Anardan qorxur”. Hər nəsə. Sözügedən yazı “Ədalət” qəzetinin Nar əlavəsində çap olundu. “Ədalət” qəzetinin nə qədər ədalətli və demokratik qəzet olduğunu hamı bilir. Azər Abdulla Xanəmirin yeni romanı haqqında bir məqalə yazıb 525-ci qəzetə aparıb, Rəşad Məcid (yenə Rəşad Məcid. Deyəsən bu gün onun günüdür) bu yazını çap eləməyib. Azər Abdulla Aqil Abbasa pənah gətirib. Aqil müəllim yazını çap edib, amma axırına da bir P.S. yazıb: “Mən də bu romanı oxumuşam, amma heç nə başa düşmədim”. Murada qayıdaq. Murad haqqında yazdığım yazı kifayət qədər pozitiv notlarla bol idi, lakin Muradın “Bulud pinəçisi” povestinin dilinə ciddi iradlarım (yekə çıxmasın) var idi. Murad yazını oxuyub mənə təşəkkür etdi və dedi ki, irad tutduğun cümlələri özün yazıb, özün də tənqid etmisən. Bəli, bu həm şəxsiyyəti, həm də yaradıcılığı ilə ən demokratik yazarımız Murad Köhnəqalanın ədəbi tənqidə münasibətidir.
Bu sözləri yazmaqla kimlərinsə xətrinə dəymək istəmirik, zatən bunu etmək istəsək, açıq şəkildə deyərik. Sadəcə olaraq, yazıya dözüm göstərmək lazımdır. Mən bilirəm ki, bu asan deyil. Bunun üçün böyük xarakter və ciddi əsərlər sahibi olmaq lazımdır. Mətləbi çox fırlatdıq, səbəbə axırda gəldik. Yazarda böyük yaradıcılıq potensialı və titanik şəxsiyyət birləşməsə, onu adi bir yazı məhv edə bilər. Dözümsüzlük sendromunun əsas səbəbi də buradan gün işığına çıxır.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. sendrom ve diframb – Tural, dosrum eger sozlerin duzgun yazilishini bilmirsense onlardsan istifade etme… elbette, yazida vurgulamaq isteditin meqam onemlidir, amma yazdigini diqqetle oxu, redakte et… edebi tenqid chox ciddi meseledir ve ona atustu yanashmaga deymez… yazinda sistemsizlik var… bezen mezmuna uzun-uzadi dovre vuraraq gelirsen, bezen movzudan uzaqlashirsan… terminlerin ne derecede duzgun yazdigini deqiqleshdir…
    amma umimiyyetle, deyim ki, bu yazi o birinden daha yashiydi… ve bir az daha obyektiv… davam et, amma diqqetli ve oxucuya qarshi mesuliyyetli ol…
    yazinin umumi ruhuyla raziyam…

  2. Sindrom və diframb sözünü həqiqətdə necə yazılmalı olduğu mübahisə predmeti olaraq qalır, mənim dostum, filologiya məzunu Rəbiqə bunu bilməli idi. Burdakı ingilis və rus yazılışları arasında seçim etmək zərurəti yaranır, mən ingilisi seçmişəm. Türk dilində də məhz sendroim kimi yazılır. Azərbaycan dilinin orfoqrafik lüğətində isə bu sözlər yoxdur.

    Amma sizin şərhinizin tarixindən başa düşdüm ki, siz Reytinq qəzetindəki yazını oxumamısınız. Oranın redaktorları sizin kimi filoloq və intellektual eləcə də erudisiyalı olmasalar da sindrom kimi yazıblar. Amma özünü ciddi müxbir sayan Rəbiqənin belə iradlar tutması qəribədir.

    Görüm, Rəbiqə, sən dözümsüzlük sendromuna nə qədər yoluxmusan.

  3. Tural, yaxşı avazın var, oxuduğun Quran ola! Niye basıb-bağlayırsan, o sözün ingilis dilinde yazılışı “syndrome”, teleffüzü de [sindrom]-dur. Demeli, azerbaycan dilinde de yazılışı “sindrom” olmalıdır. Qebul et ki, türk saytlarından fikir çırpışdırıb meqale qayırırsan! “Sindrom”u tercüme etmeyi de unutmusan …

  4. Yuxarıda Rebiqeye qarşı ellamelik etmeseydin el bulamazdım…
    Yazıda “enenevi”, “çeynenmiş” yerine zorakı da olsa işletdiyin “klişe” sözü de “klişey” olmalıdır. Bu da türk qaynaqlarından qidalandığına növbeti sübut. Day “ingilisi seçmişem” kimi çoxbilmişliye ehtiyac yoxdur. Here öz diametri, radiusu qeder yazsın!

  5. Yazıda gedən hərf və söz yanlışlıqlarına görə ilk növbədə saytın-admini, yəni mən məsuliyyət daşıyıram. vaxtımın azlığılndan diqqətli olmamışam. Buna görə oxuculardan üzr istəyirəm. Hətta onların yazılışı doğrudursa belə. Amma mənim anlamadığım başqa şeydir. Nəyə görə yazıda qoyulan məslələrə yox, kənar şeylərə münasibət bildirilir?

  6. axi yuxarıda yazıyla bağlı fikrimi yazmışam – mövzu yaxşıdır, Turalın mövqeyi ilə də bu dəfə razıyam… sadəcə, istədim işinə bir az məsuliyyətli yanaşsın… iradları söyləməyimi istəmirsinizsə, bu başqa məsələ…

    ve daha bir mesele – dozumsuzluk sindromundan yazan muellif, teessuf, tenqid etdiyi shexlerden chox az feqrlenir… sitata baxın –

    “Amma sizin şərhinizin tarixindən başa düşdüm ki, siz Reytinq qəzetindəki yazını oxumamısınız. Oranın redaktorları sizin kimi filoloq və intellektual eləcə də erudisiyalı olmasalar da sindrom kimi yazıblar. Amma özünü ciddi müxbir sayan Rəbiqənin belə iradlar tutması qəribədir”.

    Görüm, Rəbiqə, sən dözümsüzlük sendromuna nə qədər yoluxmusan.

    men, sadece, oxucu kimi fikrimi dedim. eger tenqid eshitmek istemirsense, yazinin bura yerleshjdirilmesine imkan verme. Hormetli admin bu size de aiddir – ya bele yazilari sayta yerleshdirmeyin, ya da onlar uchun “sherh verilmesin” bolmesi achin…

  7. Tural, eger desem ki, sizin Qeleminiz yoxdur, incimezsiniz ki? Umid edirem dozumden yazan bir yazar kimi incimezsiniz. Ona gore de deyirem – qeleminiz yoxdur! Sizin dirnaqsiz dostunuz Aqsinin ise qelemi var meselcun. Zaman-zaman aqlina yox, aqzina geleni yazsa da, onun qelemi var ve umumiyyetle, qelemi olmaq bir ayri meseledir.
    Qaldi ki, yazinin ozune, dozumsuzluyun olmasi goz qabqindadi. Ve cox isterdim ki, siz oz fikirlerinizi, musahidelerinizi daha orijinal sekilde catdirasiniz oxucuya. Men kompyuter qarsisinda kecirdiyim vaxta heyfslenmek istemirem. Eger desenizse ki, sene yalvaran yoxdur, o zaman men de sizden incimerem… men edebi zovqu olan adi oxucuyam hercend, sizse tenqidci adina iddiali, qezet sehifelerinden, Web sehifelerden dusmeyen bir genc… sizin mesuliyyetiniz daha boyukdur… Yazilarinizdan daha cox tokulen de ele mesuliyyetsizlikdir… Tenqid etdiyiniz sexslere ve oxucuya qarsi…

  8. sadece olaraq bir-iki mesele barede oz dusunduklerimi bildirmek isterdim. bu subhesiz beledir ki, (Qan Turali, Aqsin, Nermin Kamal ve s) subhesiz istedadlisiniz. Bezi manqurt gencleri gordukde ve sizin kimi her halda dusunen, narahat olan gencler daha artiq qiymet qazanir.ve done-done bir fikre xususile qayidiram ki,edebiyyat hec bir seye baxmadan butun tin,dalan,mehle,ev, meiset sohbetlerinden uca olmalidir.Siz realliqi tamamen cilpaq sekilde eks etdirirsiniz. realliqi qebul edirem ve fikirlesirem ki, duz deyilib. bu meselenin bir terefi.butun bunlari qebuk endikden sonra ureyimi bir qaramsalliq buruyur. her seyi birtonlu, ,irmenali sekilde qavramaq mene ezab verir.yeni butun bunlar qebul olundu. sonra.bilirsiniz bu neye bennzeyir Stalinin repressiya illerine. sonda bu qerara gelirem bu ziyanli mentiqdir. bu sizlerin istedadini basqa semte yonlendirir. Bir de sizlerden hansiniz 20-30 il sonraya nece,hansi tefekkur tipinde olacaqinizi ozunuze inandira bilersiniz ?

  9. Maraqsızsan Tural…

Şərh yazın