Kitablar hələ onların üzünə baxanda nəsə deyir. Müəllif hansısa şəkildə kitablarda özünü göstərir, kitabın içində yox, hələ cildində, üzündə, rəngində… Köhnə, solğun, küskün, susqun kitablar, yorğun səhifələr, enerjili rənglər. Davamı…

İyl
30
Kitablar və adamlar
Bölmə: Publisistika | ≅ Şərh yazın
İyl
30
AYO-nun maskası (birinci yazı)
Bölmə: Köşələr | ≅ 1 şərh var
Elnur ASTANBƏYLİ
Gəlin bir az da AYO-dan danışaq, yəni Azad Yazarlar Ocağından. AYO-nun Azərbaycanda ədəbi azadlığın yaranmasında müstəsna xidmətləri var. Amma bu, bizi AYO haqqında tənqidi fikirlərimizi söyləməkdən məhrum etmir.
Bu yaxınlarda Ocağın banilərindən Murad Köhnəqala təşkilatdan istefa verdi. Davamı…
İyl
30
Günəşli yaz günü, səma mapmavi olanda, mapmavi səmada ağappaq buludlar ağır-ağır süzəndə öləcəyəm. Gözlərimi dərhal qapamazsan. Məni qucağına götürüb gedərsən üzü gündoğana. Birinci təpəni aşar, ikinci təpəni aşar, üçüncüdə dayanıb qəbrimi qazarsan. Davamı…
İyl
30
Yuğ Teatrının rejissorları bölgə teatrlarda yeni tamaşalar hazırlayacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Yuğ Teatrının gənc rejissorları Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrlarda yeni tamaşalar hazırlayacaq. Teatrın baş rejissoru Vaqif İbrahimoğlu APA-ya deyib ki, layihə çərçivəsində gənc rejissor Tural Vaqifoğlu Sumqayıt Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah” əsəri əsasında “Şah” əsərini səhnələşdirəcək. Davamı…
İyl
30
“Nərimanfilm” kinostudiyasında “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
“Nərimanfilm” kinostudiyasında Yuğ Teatrının rejissoru Mikayıl Mikayılovun quruluşunda “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq. Davamı…
İyl
30
Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Bu ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq. Bu barədə APA-ya akademiyanın rektoru, heykəltəraş Ömər Eldarov deyib. Davamı…
İyl
30
Əli Əkbər: “Mən ziyalıların Qarabağ səfərinə Anarın bu cür münasibətini ancaq paxıllıq hesab edirəm”
Kultura.az saytının baş redaktoru, yazıçı Əli Əkbərlə yeni çıxan kitabı, ziyalıların Qarabağ səfəri, gənc və qoca yazarlar haqqında söhbətləşdik. Əli Əkbər hər zamankı kimi aqressiv danışdı.
- Ələkbər, bu yaxınlarda üçüncü kitabın- “93-Tanrıların qürubu” romanın da çapdan çıxdı. Üçüncü kitabla sən nəinki nəsildaşlarını, eləcə də Həmid Herisçini, Rasim Qaracanı və Murad Köhnəqalanı da arxada qoydun. Səncə bu üç kitabın effekti necə oldu?
- Səni inandırım ki, bu heç mənim ağlıma da gəlməyib. Ümumiyyətlə, mən bilirdim ki, Seymur Baycanın bir kitabı çıxıb, bu baxımdan ondan öndəyəm. Amma indi sən dedin, mən də düşündüm ki, doğrudan da belədir, kəmiyyətdə üstələyirəm. Tam səmimi deyirəm ki, mənim ciddi ədəbiyyata heç bir iddiam yoxdur. Davamı…








