“Nərimanfilm” kinostudiyasında “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Temmuz, 2007

“Nərimanfilm” kinostudiyasında Yuğ Teatrının rejissoru Mikayıl Mikayılovun quruluşunda “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq. Teatrdan APA-ya verilən məlumata görə, filmdə gerçək həyat kəsişməsində baş verən hadisələrdən söz açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinoya yardım proqramı əsasında istehsal olunan filmin çəkilişlərinə avqustun 5-də start veriləcək. Çəkilişləri Zaqatalada aparılacaq ekrasn əsərinin oktyabrda təqdimatı keçiriləcək.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın