Qaynar xəbər portalı

Mobiloqrafiya“Azərfoto” informasiya agentliyinin dəstəyi və Hewlett Packard (HP) şirkətinin sponsorluğu ilə keçirilən “Mobiloqrafiya” müsabiqəsinin III mərhələsi bir neçə saat öncə başa çatdı. Azərbaycanda foto sənətinin inkişafına dəstək vermək, foto-reportyorluq sahəsində mövcud təcrübəni genişləndirmək, foto sənəti ilə məşqul olan həvəskarlara stimul vermək üçün keçirilən müsabiqənin bu mərhələsinə 60-a yaxın iştirakçı 500-dən çox foto göndərmişdir.

Davamı…


Sentyabrda Ramiz Fətəliyevin ssenarisi əsasında “Kuklalar” filminin çəkilişlərinə başlanılacaq. R. Fətəliyevin APA-ya verdiyi məlumata görə, filmə Çingiz Rəsulzadə quruluş verəcək. Hazırda kastinqləri aparılan filmdə 80-ci illərin sonunda Bakıda peyda olan canlı kuklalardan söz açılacaq. Davamı…


Artıq Kukla Teatrında yeni mövsümün açılışı üçün yeni tamaşalar hazırlanır. Bu haqda TrendLife-a teatrın rəhbəri Rəhman Quliyev xəbər verib. Davamı…


Musiqi aləmində gəzən söhbətlərə görə, avqust ayında dünya şöhrətli pianoçu Nikolay Petrof Bakıya gələcək. O, Bakıda ustad dərsləri də verəcək. Davamı…


Sentyabrın əvvələrində Alma-Atıda «Şakena ulduzları» adlı beynəlxalq festival start götürəcək. Orda həmçinin Azərbaycan filmləri də təqdim olunacaq. Artıq onlar seçilib. Bu haqda TrendLife-a Kinomatoqrafçılar İtifaqından xəbər verilib.
Təqdim olunacaq filmlərdən biri «Qrinviç meridianı xaricində» olacaq. Davamı…


Emin MilliTezliyi, studiyası və əməkdaşları olmayan bu AN TV sürətlə populyarlaşır

Videokameralı mobil telefonu olan və özünü telejurnalizmdə sınamaq istəyən istənilən azərbaycanlı potensialı, istedadı və arzusunu gerçəkləşdirə bilər.
Dünyada ilk dəfə olaraq sırf mobil televiziya kimi fəaliyyət göstərən AN TV-nin efirində istənilən məkanda yaşayan azərbaycanlının çəkdiyi reportaж asanlıqla peyda ola bilər. Davamı…


İnqmar BerqmanDünya kinomatoqrafının ən məşhur nümayəndələrindən biri, isveçli kinorejissor İnqmar Berqman dünən 89 yaşında dünyasını dəyişib.
O, Faro adasındakı evində haqq dünyasına qovuşub.
50-yə yaxın film çəkən İ.Berqman 9 dəfə “Oskar” almış, onun əsərləri 3 dəfə “Ən yaxşı xarici əsər” nominasiyasında bu mükafata layiq görülmüşdü. Davamı…