“Azərfoto” informasiya agentliyinin dəstəyi və Hewlett Packard (HP) şirkətinin sponsorluğu ilə keçirilən “Mobiloqrafiya” müsabiqəsinin III mərhələsi bir neçə saat öncə başa çatdı. Azərbaycanda foto sənətinin inkişafına dəstək vermək, foto-reportyorluq sahəsində mövcud təcrübəni genişləndirmək, foto sənəti ilə məşqul olan həvəskarlara stimul vermək üçün keçirilən müsabiqənin bu mərhələsinə 60-a yaxın iştirakçı 500-dən çox foto göndərmişdir.
Münsiflər heyətinin rəyinə görə ilkin mərhələdə 202 foto müsabiqədə iştirak etmək hüququ qazanmış və onların arasından ən yaxşıları seçilmişdir. “Müstəqil İncəsənət Mərkəzi”ndə keçirilən mükafatların təqdimetmə mərasimində “Azərfoto” informasiya agentliyinin rəhbəri Ceyhun Abdulla çıxış edərək bu müsabiqəni keçirməkdə məqsədlərinin ölkədə foto sənətinə olan marağın artırılması olduğunu vurğulayaraq göstərdikləri dəstəyə görə HP şirkətinə minnətdarlığını bildirdi.
Münsiflər heyətinin qərarına görə “Mobiloqrafiya” – fotohəvəskarların III internet müsabiqəsinin qalibləri aşağıdakı kimi müəyyən olundu:
I yer- Hikmət Abdullayev, “Sonuncu dayanacaq”
II yer- Həlimə Ələsgərova, “Dərd yükü”
III yer- Emin Əlihüseynov “Transformer”
Həvəsləndirici mükafatlar:
- Mərdan Abdullayev, “Avto bazar”
- İlqar Mirzə, “Ana məhəbbəti”
- Fəridə Səlimova, “Türksayağı xınayaxdı”
« Ramiz Fətəliyevin ssenarisi əsasında “Kuklalar” filminin çəkilişlərinə başlanılacaq | Əsas səhifə | «Caz sahəsində savadın yoxdursa, ciddi naliyyətlər əldə edə bilməzsən» »




Bölmə: 


(1 səs, təxmini: 4 ilə 5)






Seyid Ramin adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 00:29 yazıb:
Belə Müsabiqənin yeri var…