Nikolay Petrof Bakıda ustad dərsləri verəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Temmuz, 2007

Musiqi aləmində gəzən söhbətlərə görə, avqust ayında dünya şöhrətli pianoçu Nikolay Petrof Bakıya gələcək. O, Bakıda ustad dərsləri də verəcək. Bu informasiyanı TrendLife dəqiqləşdirməyə çalışanda məlum oldu ki, bundan heç kimin xəbəri yoxdur. İnformasiya heç yerdə təsdiq etmədilər. Hətta əməkdar artist Murad Hüseynov Nikolay Petrofla əməkdaşlıq etsə də, o da bu xəbəri böyük təəccüblə qarşıladı. Hamı elə bilirdi ki, xəbər düzgün deyil. Çünki avqust məzuniyyət ayıdır.
Ancaq Nikolay Petrof, doğurdan da, Bakıda ustad dərsləri verəcək. Mövsüm açılan kimi, yəni sentyabrda.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın