Qaynar xəbər portalı

Kitab dünyası


Sentyabrda Ramiz Fətəliyevin ssenarisi əsasında “Kuklalar” filminin çəkilişlərinə başlanılacaq. R. Fətəliyevin APA-ya verdiyi məlumata görə, filmə Çingiz Rəsulzadə quruluş verəcək. Hazırda kastinqləri aparılan filmdə 80-ci illərin sonunda Bakıda peyda olan canlı kuklalardan söz açılacaq. Ssenariyə əsasən, daha sonra basqınla üzləşən 17-18 yaşlı canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər. R. Fətəliyevin sözlərinə görə, filmin çəkilişləri Milli Parkda və Bakının müxtəlif yerlərində aparılacaq. Ekran əsəri dövlət büdcəsindən ayrılan vəsait hesabına istehsal olunacaq. 2008-ci ilin baharında tamaşaçıların ixtiyarına veriləcək filmin aktyor heyəti çəkilişlərdən əvvəl təsdiqlənəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: