XX əsr kinosunun dahisi vəfat etdi
Yazar: Admin | Bölmə: Kino | Tarix: 31 Temmuz, 2007
Dünya kinomatoqrafının ən məşhur nümayəndələrindən biri, isveçli kinorejissor İnqmar Berqman dünən 89 yaşında dünyasını dəyişib.
O, Faro adasındakı evində haqq dünyasına qovuşub.
50-yə yaxın film çəkən İ.Berqman 9 dəfə “Oskar” almış, onun əsərləri 3 dəfə “Ən yaxşı xarici əsər” nominasiyasında bu mükafata layiq görülmüşdü.Kinoreжissorun “Çiyələk talası” lenti dünya kinosunda inqilab etmiş dahi əsərlərdən biri sayılır.
5 dəfə evlənmiş İ.Berqmanın son həyat yoldaşı İnqrid fon Rozendi.
İsveçli usta reжissor və yazıçı istedadlarını özündə birləşdirməklə yanaşı, bütün kinolentlərinin ssenarilərini özü yazırdı. “Çiyələk talası”ndan başlayaraq onun bütün filmləri həyatın faciəvi dərk edilməsinin hopduğu dərin fəlsəfi əsərlərdi.
Dahi kinoreжissorun “Çiyələk talası”ndan savayı, “Yeddinci möhür, “Sükunət”, “Fərd”, “Toxunuş”, “Pıçıltı və qışqırıqlar”, “Payız sonatası”, “Marionetkaların həyatından”, “İlan yumurtası”, “Fanni və Aleksandr” filmləri də dünyaca məşhurdur.
İ.Berqman həmişə deyərdi ki, filmlərinə baxa bilmir: “Baxanda bədbinliyə, depressiyaya qərq oluram”.
Amerikalı kinorejissor Vudi Allenin dediyinə görə, İ.Berqman “işində hər şeyi nəzərə alan ən böyük rejissordu, XX əsr kinosunun dahisidir”.
Robert Oltman və Andrey Tarkovski kimi kinoreжissorlar İnqmar Berqmanı öz müəllimi hesab edirdilər.






Yüklənir...