İlə görə arxiv: Temmuz 2007


“ŞƏRQ-QƏRB” FESTİVALI ÇƏRÇİVƏSİNDƏ “DƏYİRMİ MASA”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Temmuz, 2007

Burada bir sıra ölkələrin kino xadimləri iştirak edəcəklər
Sentyabrın 10-16-da keçiriləcək IX “Şərq-Qərb” Kino Festivalı çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq. Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin məlumatına görə, festival zamanı “Milli kinematoqrafiya – böyük ekrana yol” mövzusunda “dəyirmi masa” keçiriləcək.



Yeni milli blog sistemi fəaliyətə başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Temmuz, 2007

Azərbaycan internet məkanında ilk yeni milli blog layihəsi fəaliyyətə başlayıb. AzeriBlog – milli blog saytı istifadəçilərinə yüksək surətdə işləmək, limitsiz host, subdomain imkanı və s. xidmətlər verməklə yanaşı internet məkanında ana dilimizin zənginləşdirilməsini qarşısına məqsəd qoymuşdur.



“Mövlanə Azərbaycanda” adlı filmin çəkilişləri başa çatıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Temmuz, 2007

“Mövlanə Azərbaycanda” adlı filmin çəkilişləri başa çatıb. Bu barədə APA-ya filmin rejissoru Tofiq İsmayılov məlumat verib. Şərqin böyük mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin həyat və yaradıcılığına həsr olunmuş filmin ssenari müəllifi Rafael Hüseynovdur. 800 il öncə Konyada yaşayıb-yaradan Ruminin mavzoley-məqbərəsinin bu gün də dünya alimlərinin sevimli ziyarətgahına çevrilməsi, Mövlanə irsinin əvəzsiz mənbə olması faktları lentə köçürülüb.



Səsyazma studiyalarında yoxlamalar aparılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

“Səbayel rayon məhkəməsi cinayət subyekti olan studiyalarda yoxlamalar keçirilməsi ilə əlaqədar qərar qəbul edib”. Bu açıqlamanı APA-ya Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov verib. Onun sözlərinə görə, agentliyin apardığı monitorinq zamanı toplanan materiallar əsasında audio-video məhsulların qeyri-qanuni istehsalı və yayımı ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb.



“İssıkkul” beynəlxalq film festivalında Azərbaycan üç filmlə təmsil olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

“Yeni Dalğa” Prodüsser Mərkəzində istehsal olunan “Qrinviç meridianından kənarda”, “Dərviş production”un istehsalı olan “Ev” və “Exo production”un “Nəfəs” filmləri Qırğızıstanda keçiriləcək “İssıkkul” beynəlxalq kinofestivalında ölkəmizi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya bildirilib ki, festival 3-9 sentyabr tarixlərində gerçəkləşəcək.



Satılan kasetlərin 80 faizi piratdır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

Azərbaycanda əqli mülkiyyətə əsaslanan sənayenin ümumi daxili məhsulda (ÜDM) çəkisi 2,4% təşkil edir.
«APA-Economics»-in bildirdiyinə görə, bu barədə «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü: əqli mülkiyyət sektorunun problemləri və onların həlli yolları» mövzusunda keçirilən dəyirmi masada Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli məlumat verib.



Azərbaycanlı karikaturaçıların əsərləri alman jurnalında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

Azərbaycanın 7 karikaturaçı rəssamının 12 əsəri Almaniyada nəşr olunan jurnalda yer alıb. Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə APA-ya bildirib ki, jurnal Almaniyada keçirilən karikaturaçıların beynəlxalq festivalına həsr edilib.



“TEATRLARDA BƏDİİ ƏSƏRLƏRİN SAYI AZALIB”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 26 Temmuz, 2007

Bu problem Yaşar Nurini bərk narahat edir
Müasir Azərbaycan teatrı çoxsaylı problemlərin həllini tədricən tapmağa başlayıb. Bina, aktyor və səhnə atributları sarıdan hələ də çətinlik çəkən bəzi teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışlarını davam etdirirlər. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bugünkü [...]



“POEZİYA GÜNÜ” İLDƏ BİR DƏFƏ QEYD OLUNACAQ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi ildə bir dəfə “Poeziya günü” adlı toplu nəşr etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın məlumatına görə, çağdaş Azərbaycan poeziyasının inkişafı və yaradıcı adamlarla əlaqələr qurmaq məqsədilə nəşrə başlayan bu toplu hər il 3 Mart – Beynəlxalq Poeziya Günü və Novruz bayramı ərəfəsində [...]



“GRAZY FROQ” BAKIYA GƏLİR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Temmuz, 2007

Ötən il mahnıları dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda hit olan “Grazy Froq” qrupu Bakıya gələcək.
Qrupun avqustun 18-də “Aqua rark”da konserti planlaşdırılır.



Yazıçı Natiq Rəsulzadə yeni ssenari təqdim edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

Keçən həftə rejissoru Elxan Qasımov olan «Biz qayıdacağıq» filminin təqdimatı oldu. Filmin ssenari müəllifi tanınmış yazıçı Natiq Rəsulzadədir. Natiq müəllimin TrendLife-a verdiyi məlumata görə, o, Mədəniyyət və Turizm Nazirliyinə daha bir ssenari verib.



Murad İbrahimbəyovun filmi festivala gedir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

Sentyabrda Almatıda keçiriləcək “Avrasiya” film festivalında Azərbaycanı təmsil edəcək film məlum olub. Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən “OLAYLAR”a verilən məlumata görə, festivalda Murad İbrahimbəyovun quruluş verdiyi “Üç qız” filmi təqdim olunacaq.



“MİSİR ŞAHZADƏSİ”nin DUBLYAJI YEKUNLAŞIR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

“Oskar” mükafatlı animasiya filmi bir aya təqdim olunacaq

“Halal” studiyasında dublyaj olunan “Misir şahzadəsi” adlı animasiya filmi üzərində iş yekunlaşır. “Dream vorks” studiyasının istehsalı olan bu animasiya filmində personajları Azərbaycanın tanınmış aktyorları – Səyavuş Aslan, Rasim Balayev, Roza Tağıyeva, Elşən Rüstəmov, Səidə Quliyeva və başqaları səsləndiriblər. Bu barədə studiyanın rəhbəri Eldar Aslan məlumat verib.



FOTO-MÜSABİQƏ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

ABŞ-ın ölkəmizdəki səfirliyi Bakıdakı abidələrlə bağlı foto-müsabiqə elan edir.
Hər bir azərbaycanlı tələbə bu layihənin iştirakçısı ola bilər. Səfirlikdən verilən məlumata görə, fotolarda Bakıdakı tarixi-memarlıq abidələri ətraflı əks etdirilməlidir.



LƏNKƏRANDA ABİDƏLƏR BƏRPA OLUNUR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

Lənkəran şəhərində XVIII əsrə aid Dairəvi Qala abidəsinin bərpası və xalq sənətkarlığı nümunələri mərkəzinin yaradılması, Şamaxı rayonunun Kələxana kəndindəki Türbələr kompleksinin bərpası və abadlıq işləri başa çatıb.



AUDİO-VİDEO BAZARINDA ON MİN PİRAT DİSK AŞKARLANIB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2007

İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Departamenti ölkənin video-audio bazarında keçirdiyi monitorinqi yekunlaşdırıb.



“Dina Preston” muğam oxuyacaq

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 24 Temmuz, 2007

Kvartet muğamla kantrini sintez edəcək
Amerikanın nüfuzlu “Dina Preston” kantri musiqi qrupunun Azərbaycana səfəri başa çatdı. Dörd musiqiçi – qrupun adını daşıdığı yeganə qadın üzvü olan Dina Preston və onun feniksli (Arizona) “kovboyları” Don Ortis, Robert Kit, Henri Laradan ibarət kvartet bir həftə ərzində ölkəni demək olar ki, qarış-qarış dolaşaraq, müxtəlif rayonlarda, eləcə də Bakı ətrafında [...]



Avrasiya Yazarlar Birliyinin sədri Azərbaycan Yazıçılar Birliyinin qonağı olub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Temmuz, 2007

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu bu gün Azərbaycan Yazıçılar Birliyinin qonağı olub. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun APA-ya bildirdiyinə görə, görüşdə birgə əməkdaşlıq layihələri müzakirə olunub.



On Azərbaycan şairinin kitabı Türkiyədə nəşr olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Temmuz, 2007

On Azərbaycan şairinin kitabı Türkiyədə nəşr olunacaq. Bu barədə APA-ya Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu məlumat verib. Onun sözlərinə görə, kitabları Avrasiya Yazarlar Birliyi çap etdirəcək.



Türkiyədə ekrana çıxacaq yeni filmdə Azərbaycan ziyalılarının həyata baxışları əks olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Temmuz, 2007

Türkiyədə ekrana çıxacaq yeni filmdə Azərbaycan ziyalılarının həyata baxışları, dünyagörüşləri, düşüncələri əks olunacaq. Bu barədə APA-ya Avrasiya Yazarlar Birliyinin nümayəndəsi Ömər Kayır məlumat verib. Onun sözlərinə görə, filmin texniki məsələləri ilə Ömər Çalışqan məşğul olacaq.