İlə görə arxiv: Temmuz 2007


Kino Bayramının açılışı avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında olacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Temmuz, 2007

Kino Bayramının açılışı avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə məlumat verib. Onun sözlərinə görə, 2 avqust – Kino Gününə həsr olunmuş tədbirlərin açılışı Azərbaycan kinoteatrının qarşısında, “Natəvan” heykəlinin yanındakı meydanda, açıq havada keçiriləcək. Bu il dövlət sifarişi əsasında tammetrajlı film çəkilişləri aparan “Bizim [...]



“Azdrama”nın internet səhifəsi hazırlandı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Temmuz, 2007

Azərbaycan Milli Akademik Dram Teatrının rəsmi internet səhifəsi fəaliyyətə başlayıb (www.azdrama.az). Teatrın mətbuat xidmətindən Portalımızın xəbər xidmətinə verilən məlumata görə, sayt mətbuat və ictimaiyyətlə daha sıx əlaqələr qurmaq məqsədi ilə yaradılıb.



Əlifbanı tək öyrənənlər

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 17 Temmuz, 2007

Qan TURALI
qan_tural@yahoo.com
Sovet vaxtının Yenidənqurma vaxtında doğulan bizim nəsil işləməyə məcbur olan uşaqları yalnız məktəb dərsliklərindən tanıyırdı. Bu uşaqların varlığı kapitalizmi tənqid etmək üçün yaxşı əsaslar verirdi. O dövrün “Oxu” kitabında olan şeirdən iki misra da yadımdadır:
Uşaqlar var bu dünyada,
Gənc olmadan qocalmışdır.



Azərbaycanda qadın problemlərinə toxunan ssenarist yoxdur

Yazar: Admin | Bölmə: Kino | Tarix: 17 Temmuz, 2007

Həmidə Ömərova: “Kino sənətimizi gözdən salmaq üçün müsabiqə keçirilsəydi, “Adam ol” birinci yeri tutardı”
Həmsöhbətimiz xalq artisti Həmidə Ömərovadır. Həmidə xanımı xüsusi təqdim etməyə ehtiyac duymadığımızdan birbaşa müsahibəyə keçirik:
- Maraqlıdır, kinoda hansı obrazı yaratmaq istərdiniz?
- Mən istərdim, elə bir ssenari yazılsın ki, qadınların problemi ön plana çəkilsin. Bizim bəlamız ondadır ki, Azərbaycan kinosunda çəkilən filmlərdə qəhrəman [...]



OSMAN MİRZƏYEVİN “ADLARIMIZ” KİTABININ PREZENTASİYASI KEÇİRİLİB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Temmuz, 2007

Dünən Hyatt Park otelində 20 noyabr 1991-ci ildə Azərbaycanın bir qrup dövlət xadimi ilə birlikdə Qarabağda erməni hərbiçiləri tərəfindən vurulan vertolyotda faciəli şəkildə həlak olmuş məşhur Azərbaycan jurnalisti, Azərbaycan prezidentinin sabiq mətbuat katibi Osman Mirzəyevin “Adlarımız” kitabının prezentasiyası keçirilib.
“Adlarımız” kitabı müasir Azərbaycan adlarının etimologiyasına həsr olunub. Mini-oçerk şəklində təqdim olunmuş şərhlərdə hər bir adın mənasının, [...]



FİLMLƏR EKSPERTLƏR ŞURASININ RƏYİ İLƏ ÇƏKİLƏCƏK

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Temmuz, 2007

Rejissor ssenari ilə yanaşı filmin smetası, aktyorların adı və geyim eskizlərini bədii şuraya təqdim etməlidir
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Yusif Şeyxovun məlumatına görə, müsabiqədən keçmiş bir neçə bədii əsərin çəkilişinə başlanılacaq. O, bildirib ki, filmlərin dünya standartlarına uyğun olması, hadisələrə obyektiv yanaşmaq əsas şərtlərdən biri olacaq. Bunun üçün nazirlikdə bədii şura yaradılıb və [...]



“EUROVİSİON”DA GÜNƏŞ, YOXSA “RAST” TƏMSİL OLUNACAQ?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Temmuz, 2007

Murad Dadaşov: “Bu barədə fikir söyləmək hələ tezdir”
“Mən indi Azərbaycanda çox seriyalı filmlərin – serialların yayımlanması ilə məşğul oluram. Bir çox ölkələrin prodüserləri ilə danışıqlar aparmışam. Bununla bağlı xarici öləkələrə səfərlərim tez-tez olur. Qeyd edim ki, bütün ölkələrdə çəkilən ən maraqlı seriallar daha çox “SitCom” şirkətinin xətti ilə yayılır. Həmin qurumun nümayəndələri [...]



Yeni art-salon

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Temmuz, 2007

Ağac üzərində əl işləri sərgilənir
Bakı şəhərində yeni art-salon açılıb. Salonda heykəltaraşlıq nümunələri, rəsmlər, ağacdan hazırlanmış əl işləri və s. sərgilənir. “OLAYLAR”ın məlumatına görə, rəssam Tərlan Rəhimov tərəfindən hazırlanmış salon Əlövsət Quliyev küçəsi 145-də yerləşir.



Dədə Qorqud kompleksi ilə bağlı müsabiqəyə start verildi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Temmuz, 2007

Qalib 30 min manat əldə edəcək
Mədəniyyət və Turizm Nazirliyi Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” adlı tarixi-memarlıq kompleksinin yaradılması ilə bağlı müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”a verilən məlumata görə, müsabiqəyə işlər bu il dekabrın 15-nə qədər qəbul olunacaq. Müsabiqəyə filoloqlar, kulturoloqlar, ədəbiyyatçılar və tarixçilər də cəlb olunur.



Rus Teatrları Festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Temmuz, 2007

Festivala “İbRus” dəvət olunub
Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi İbRus Teatrı sentyabr ayında Rusiyada keçiriləcək festivala dəvət alıb. “Rus Teatrları Festivalı” adlı layihədə teatr “Buninin son döyüşü” tamaşasını təqdim edəcək. Bu barədə “OLAYLAR”a teatrın aparıcı aktyorlarından olan Fuad Poladov məlumat verib. F.Poladov onu da bildirib ki, rol ifa etdiyi “Salam, mənim mələyim” filminin çəkilişlərinin bir qismi yekunlaşıb. [...]



Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Temmuz, 2007

Bakıda Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi simpozium keçiriləcək. Bu barədə APA-ya Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Məlumata görə, simpozium 3 gün davam edəcək.



NAZİRLİK “SEVİMLİ MAHNILAR” HAZIRLAYIR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Temmuz, 2007

Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi maraqlı bir layihəni sona çatdıracaq.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın məlumatına görə, layihə “Sevimli mahnılar” adlanır. O bildirib ki, hazırda karaoke oxumaq çox populyardır.



CƏLİL MƏMMƏDQULUZADƏ ADINA MÜSABİQƏ KEÇİRİLƏCƏK

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Temmuz, 2007

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin Yasamal rayon Bələdiyyəsi ilə birgə həyata keçirdiyi Cəlil Məmmədquluzadə adına müsabiqə bu il də davam etdiriləcək.



“QALAN ÖMRÜN İLK GÜNÜ”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Temmuz, 2007

Bakı Uşaq Teatrı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə təşəbbüsü ilə “Qalan ömrün ilk günü” adlı tamaşa hazırlayıb.



“MƏN BU FİLMİ BİABIRÇILIQ HESAB EDİRƏM”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 15 Temmuz, 2007

Elçin Axundov “Dədə Qorqud” animasiya filminin aqibəti ilə bağlı ürəkaçan fikirlər söyləmədi
Kino aləmindəki mövcud durum animasiya filmlərinə olan diqqəti müəyyən qədər yayındırıb. Nə bu peşənin kifayət qədər biliciləri yetişir, nə də gənc kadrlar cizgi filmi çəkmək arzusundadır. “Azanfilm”in direktoru Elçin Axundovun fikrincə, bu gün cizgi fimli çəkənləri sovet dövrünün kadrları təşkil edir. Animator hesab edir [...]



NİYƏ APARICILARIMIZ QÜSURLU DANIŞIR?

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 14 Temmuz, 2007

Azərbaycan teleaparıcısı, telejurnalisti, müəllif proqramının aparıcısı hansı dildə danışır? Onun danışıq tərzi və tempi tamaşaçını qane edirmi? Yabançı dillərin bizim aparıcılara təsiri nə dərəcədə güclüdür?
Azərbaycanda teleaparıcıların orta yaş həddi, fikrimizcə, 25-35 yaş arasındadır. Xanım aparıcıların sayı nisbətən çoxdur. Haradasa aparıcıların 60 faizi xanımlardır. Bu nisbətin xanımların xeyrinə dəyişməsi sovet quruluşunun dağılmasından sonraya təsadüf edir.



Ədəb-ərkan gözləməyən şou-biznes nümayəndələri cəzalandırılacaqlar

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 14 Temmuz, 2007

NİZAMİ CƏFƏROV: “ŞOU-BİZNES SAHƏSİNDƏ BAYAĞILIQ ADİ HALA ÇEVRİLİB”
Milli Məclisin payız sessiyasında şou-biznes sahəsində fəaliyyətlə bağlı qanun layihəsi müzakirə ediləcək. Bu barədə ANS-ə müsahibəsində parlamentin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının rəhbəri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, komissiyanın apardığı 2 illik araşdırmadan sonra şou-biznes sahəsində intizamın yaradılması və fəaliyyətinin nizama salınması üçün bu cür [...]



Aşıqlar Birliyini binasından çıxarırlar

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Temmuz, 2007

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Aşıqlar Birliyinə hazırda yerləşdiyi Səbayel rayonu, Murtuza Muxtarov küçəsi-6 ünvanında olan binadakı ofisini boşaltmaq barədə məktub göndərib.



“Cavad xan” filminin daha iki natura çəkilişləri aparılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Temmuz, 2007

”Cavad xan” filminin Masazır qəsəbəsindəki gölün kənarında dünən daha iki natura çəkilişləri aparılıb. Filmin avqustun sonuna qədər pavilyon çəkilişlərinin başa çatacağı gözlənilir.



Ofelya Məmmədzadə 68 yaşında dünyasını dəyişib

Yazar: Admin | Bölmə: Kino | Tarix: 13 Temmuz, 2007

Yaxınları bundan bir gün sonra xıbər tutublar
Musiqili Komediya Tetarının aktrissası Ofelya Məmmədzadə 68 yaşında dünyasını dəyişib. İlkin ehtimallara görə ölümə səbəb ürək çatışmazlığı olub. Mərhumun yaxınları onun tək yaşadığı evdə dünyasını dəyişməsini hadisədən bir gün sonra öyrənə biliblər.