İlə görə arxiv: Temmuz 2007


AXUNDOV KİTABXANASINDAN CANSIZ REPORTAJ

Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 13 Temmuz, 2007

ALIYƏ
Axundov adına kitabxana ölkənin bir nömrəli və ən böyük kitabxanasıdır. Oxucuları əksərən tələbələr, alimlər, dissertantlar və hərdən-hərdən jurnalistlərdir. Yüz əlli il əvvəl Mirzə Fətəli Axundovdan başlayan maarifçi realist dalğa XXI əsrin əvvəlində yenə bizim, sahildə yaşayan Bakı sakinlərinin üzünə çırpılır. «Alma» qəzeti 2007-ci ili kitab ili elan edir. Günəşli, isti bir aprel günündə adamdan soyuyan [...]



Hüseyn Cavidin fransız dilində kitabı çap olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

125 illik yubileyi ərəfəsində Hüseyn Cavidin fransız dilində “Məhəbbətdir ən böyük din” kitabı çapa verilib. Bu barədə APA-ya Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Onun sözlərinə görə, şairin əsərlərindən seçmələr əsasında hazırlanan kitabda nümunələr Azərbaycan və fransız dillərində təqdim olunur.



Bakı Kamera Teatrında “Aydın” pyesinə daxili baxış olacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

Bakı Kamera Teatrı Cəfər Cabbarlının “Aydın” pyesi əsasında mövsümün son tamaşasını hazırlayır. Teatrdan APA-ya verilən məlumata görə, tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verir. Tamaşada əsas rollar Şövqü Hüseynov, Nofəl Vəliyev, Simuzər Ağakişiyeva, Gülər Nəbiyeva, Seyidşah Məmmədovaya həvalə edilib.



“Altun bitig – Qızıl kitab” əsəri çapdan çıxıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü Əkbər Qoşalının “Altun bitig – Qızıl kitab” əsəri çapdan çıxıb. APA-nın məlumatına görə, yeni çapdan çıxan bu əsərdə Azərbaycan dilində işlənən yabançı sözlərin öztürkcədə qarşılığı, insan və yer adları, aylar, günlər, bürclər, çinlər, Türk Əlifbası və s. toplanıb.



ÖLÜMÜN O BİRİ ÜZÜ (hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Temmuz, 2007

QABRİEL QARSİA MARKES

Nədənsə birdən o ayıldı. Sanki kimsə onu silkələmişdi. Sübh çağı bağda açılmış çiçəklərin rahiyəsi qonşu otaqdakı bənövşə və formaldehidin kəskin iyinə qarışaraq dalğa-dalğa içəri daxil olurdu. Yuxudan sonra o, özünə gəlməyə, sakitləşməyə çalışırdı. Deyəsən, səhər təzəcə açılmışdı. Açıq pəncərədən görünən mavi səma da, bostandakı ləklərin suvarılması da bundan xəbər verirdi. O, yarıqaranlıq [...]



ABŞ-ın “Dina Preston” qrupu Azərbaycana gələcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

Amerikanın “Dina Preston” musiqi qrupu gələn həftə Azərbaycana gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.



“Nizami” kinoteatrının təmiri

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

Hələ də məlumat yoxdur
“Nizami” kinoteatrının təmiri hələ başlamayıb. Qeyd edək ki, kinoteatr may ayında təmirə dayandırılmalıydı. Kinoteatrdan “OLAYLAR”a qurumun əvvəlki kimi işini davam etdirdiyi və təmirdən xəbər olmadığı bildirilib.



Lənkəran TV-yə bir müştəri var

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

Lənkəran TV-nin yayımlandığı tezliyin tutulması üzrə Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqədə iştirak etmək üçün cəmi bir sənəd təqdim edilib.



Kino günündə kino veteranları təbrik ediləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2007

“Natəvan” heykəlinin yanında isə sərgi açılacaq
Avqustun 2-də Kino günü ilə bağlı veteranlar təbrik olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən “OLAYLAR”a verilən məlumata görə, həmin gün münasibətilə böyük tədbir olacaq.



Kolleksiya ovu

Yazar: Admin | Bölmə: Rəssamlıq | Tarix: 12 Temmuz, 2007

Azərbaycanlı milyonçu erməniləri hürküdüb
“Bu azərbaycanlının bizə qarşı atdığı addımların səbəblərini şərh etməkdə çətinlik çatırıq. Avropanın ən böyük hərrac evlərində müxtəlif şirkətlər və şəxslər vasitəsilə anonim iştirak edən şəxsin azərbaycanlı olduğunu artıq dəqiq bilirik. İndi onun bizim kolleksiyaya göz dikməsi narahat etməyə bilməz. Müvafiq qərarlar verib incilərimizi ondan qorumaq fikrindəyik”.



AZƏRBAYCAN CAZMENLƏRİ İSVEÇRƏ FESTİVALINDA

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Temmuz, 2007

İyulun 6-21-də Montredə (İsveçrə) 41-ci caz festivalı (Montreux Yazz Festival) keçiriləcək. Festivalda Corc Benson, Al Cerrou, Çik Korea, Geri Berton, Con Medeski, Bred Meldau kimi məşhur musiqiçilər və digərləri iştirak edəcəklər.



Nuridə Atəşi Məhəmməd Qurban Səidlə bağlı bəzi sənədləri Azərbaycana gətirib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Temmuz, 2007

Dünya şöhrətli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəylə (Qurban Səid) bağlı Avropa arxivlərində tapılan bəzi sənədlər Azərbaycana gətirilib.
Bu barədə APA-ya açıqlamasında Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Məhəmməd Əsəd bəyin yaradıcılığının tədqiqatçısı Nuridə Atəşi məlumat verib.



Azərbaycanlı rəssamın əsəri İstanbulda 400 min dollara satılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Temmuz, 2007

İstanbuldakı “DİRİMART” Sənət Qalereyası rəssam Hümmət Qaracanın 225 səhifəlik “Ümmet Karaca kitabı”nı çapdan buraxıb. H. Qaraca APA-nın Türkiyə bürosuna açıqlamasında bundan sonra da türk rəsm sənətinin inkişafı üçün çalışacağını bildirib: “Bu kitab mənim yaradıcılığımın Türkiyədəki 15 illik mərhələsinin yekunudur. Kitabımda 400-ə yaxın qara qələm və yağlı boya tablolarım öz əksini tapıb. Bu əsərləri yaratmaq üçün [...]



Kriminal aləm haqqında filim

Yazar: Admin | Bölmə: Kino | Tarix: 11 Temmuz, 2007

Gənc rejissor məşhur aktyorları bir araya gətirdi
“İS prodakşn” studuyası maraqlı bir filmin çəkilişlərinə hazırlaşır.
“Qardaşlar” adlanan tammetrajlı bədii filmin əsas süjet xəttini son illərdə respublikada baş verən ən qalmaqallı kriminal hadisələr təşkil edir. Filim həm də maarifləndirmə xarakteri daşıyacaq.
Detektiv-melodrama janrında olacaq filmin çəkilişləri respublikanın bir çox şəhərlərində, həmçinin Rusiya Federasiyasında aparılacaq.



Tipik azərbaycan ailəsinin kauzal fəsadları

Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 11 Temmuz, 2007

əyalətdəki yaşıdlarıma təkliflər paketi
bilmirəm daha nə?
Bəlkə adını «ailə» qoydum
ALIYƏ
keçmiş əyalət cocuğunun
pis-pis xatirələri
qorxudurmu onu bu sözdən
ailə qurmaq qorxusunun
psixoloji tərəfləri
kauzal fəsadları deyərəm buna
fəlsəfə açmayacam şairlər kimi
bəxtindən
atanın
anana söydüyü
hələ yumşaq söyüşləri eşitmisən



Anar niyə fikirləşdi?

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 10 Temmuz, 2007

Qan Turalı
Bu, Anar haqqında sonuncu yazımdır. İki il ərzində bu cür yazıların sayı 20-nin üstündədir. Amma bu, son olacaq. Missiya başa çatıb. Bundan sonra Anardan yazmağın mənası yoxdur. Artıq hamı hər şeyi bilir. Sonuncu dəfə Anarın susqunluğunu pozduğu məqaləsi haqqında yazıb, bitiririk.



Yazıçılar Birliyi rus dilində ədəbiyyat qəzetinin nəşrinə başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Temmuz, 2007

Bu gün Azərbaycan Yazıçılar Birliyində “Mir literaturı” qəzetinin ilk sayının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə xalq yazıçısı Anar açaraq, Yazıçılar Birliyinin nəşrlərinin sırasına daha bir orqanın qatıldığını bildirib.



“Poeziya günü” hazırlanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Temmuz, 2007

Kitab ildə iki dəfə çıxacaq
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Azərbaycanın çağdaş şairlərinin yeni şeirlərindən ibarət kitab hazırlayır.



Daha bir ədəbiyyat saytı

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Temmuz, 2007

Sevinc Çılğının özəl saytı fəaliyyətə başladı
Gənc şair Sevinc Şılğının özəl ədəbiyyat saytı fəaliyyətə başlayıb (www.chilginsevinc.tk). Saytda müəllifin son illərdə yazdığı şeirləri, hekayələri, publisistik yazıları yerləşdirilib.
Bundan əlavə şairin sözlərinə bəstələnən mahnıları da saytdan yükləyib dinləmək olar.



Dahi Rafayelin tablosu – 37 milyona!!!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Temmuz, 2007

İntibah dövrünün fırça ustası, italyan rəssamı Rafayelin əsəri rekord bir məbləğə – 37 milyon dollara, Londonun Kristi hərracından satılıb.
Söhbət, Florensiya hökmdarı Lorenso De Mediçinin portretindən gedir. Son dəfə bu tablo ictimaiyyət qarşısında 1968-ci ildə olub.