İlə görə arxiv: Temmuz 2007


KİNO XADİMLƏRİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT EDİBLƏR

Yazar: Admin | Bölmə: Kino | Tarix: 10 Temmuz, 2007

Rasim Balayev kinostudiyanın 4 hektarlıq ərazisinin satılması ilə razılaşa bilmir
“Azərbaycantelefilm” kinostudiyasına məxsus 4 hektarlıq ərazinin “Tərəqqi” Mənzil Tikinti Kooperativinə satıldığı deyilir. Kino xadimləri iddia edirlər ki, burada tikinti işlərinin aparılması planlaşdırılır və ərazi artıq hasara alınıb. Öyrəndik ki, xalq artisti Rasim Balayev bir neçə incəsənət xadimi ilə birgə sözügedən hadisəyə etiraz əlaməti olaraq ölkə başçısı [...]



“Qalan ömrün ilk günü” tamaşasına ictimai baxış keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Bu gün Bakı Uşaq Teatrında “Qalan ömrün ilk günü” tamaşasına ictimai baxış keçirilib. APA-nın xəbərinə görə, tamaşa bəşəri mövzuya həsr olunub. Səhnədə cərəyan edən hadisələrin əsasında vərəm xəstəliyindən əziyyət çəkən insanın acıları və onun həbsxana həyatı dayanır. Bakı Uşaq Teatrı bu tamaşanı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə səhnələşdirib.



Gənc Tamaşaçılar Teatrının veb-saytı olacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının veb-saytı yaradılacaq. Bu barədə APA-ya Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib. İnternet portalı teatrın yubiley mövsümü ərəfəsində istifadəyə veriləcək.



Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib. Bu barədə APA-ya AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Məlumata görə, Almaniyada yaşayan həmvətənimiz, tədqiqatçı Məhəmmədəli Hüseyni görkəmli dövlət xadimi Mirzə Məhəmməd Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan külliyyatının 30 vərəqini Əlyazmalar İnstitutuna göndərib.



Beynəlxalq Teatr Konfederasiyasının nümayəndələri Bakıya gələcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Demək olar ki, bütün mədəniyyət ocaqlarında yeni mövsümdə bir çox planlar gözlənilir. Teatrlar İttifaqının sədri Azərpaşa Nemətovun «TrendLife»a verdiyi məlumata görə, bu yaxınlarda Beynəlxalq Teatr Konfederasiyasının nümayəndələri



Musiqili Komediya Teatrının baş rəssamı İsmayıl Məmmədov: «Bizi əvəz edənlər olmalıdır»

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Teatrda yaxşı rəssam tamaşanın uğurlu alınmasında əsas amillərdən biridir. Bəs gənc rəssamlarla bağlı hazırda vəziyyət necədir? Məhz bu sualla «TrendLife» Musiqili Komediya Teatrının baş rəssamı İsmayıl Məmmədova müraciət etdi. «Cavan rəssamlar Gənc Tamaşaçılar Teatrında çalışırlar. Musiqili Komediya Teatrında isə mən və mənim həmyaşıdım Eldar Qurbanov işləyirik.



Rəssamlar İttifaqının sədri Fərhad Əliyev: «Nə qədər çox sərgi salonu olarsa, bizi bir o qədər çox tanıyarlar»

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Temmuz, 2007

Rəssamlar İttifaqının təmiri və Vəcihə Səmədova adına sərgi salonunun bərpası haqda söz-söhbətlər çoxdandır gedir. Bəs təmirdən sonra görəsən işlər necə olacaq? Bu sualla Rəssamlar İttifaqının sədri Fərhad Əliyevə müraraciət etdik və sualımızı belə cavablandırdı:



Həmid Herisçi və İlhamiyyə Rzayevanın yeni kitabı

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Temmuz, 2007

Fəlsəfədən…. inqilaba qədər
Həmid Herisçi və İlhamiyyə Rzayevanın “Gecə kanalı” layihəsi kitab halında işıq üzü görüb. Təqribən 600 səhifədən ibarət olan kitaba müəlliflərin “Gündəlik Azərbaycan” və “Alma” qəzetlərində dərc etdikləri 20 layihə toplanıb.



Güzgü sexi

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 08 Temmuz, 2007

Əvvələr Tiflisin göylərində gözəl-gözəl bəzəkli quşlar uçuşurdu. İndi isə salafan torbalar uçur.
Bir qoca gürcünün dilindən
Seymur Baycan
seymurbaycan@ gmall.com
Yaxşısını “İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva edir. Maym sonunda redaksiyanın qapısma yekə bir qıfıl vurub qəzetin fəaliyyətini dayandırır, bir [...]



Şəmistan Əlizamanlı Kölndə konsert verəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Temmuz, 2007

Milli-vətənpərvərlik ruhunda olan mahnıların tanınmış ifaçısı Şəmistan Əlizamanlı dünən Almaniyaya yola düşüb. Bu barədə APA-ya Şəmistan Əlizamanlının özü məlumat verib. Almaniyada keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin IX iclasından sonra onun Köln şəhərində ayrıca konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Proqramda əsasən vətənpərvərlik mahnıları yer alıb. Ş. Əlizamanlının ifasında konqres iştirakçılarına dünya azərbaycanlılarının sevimli mahnıları olan “Çırpınırdın [...]



RAMİZ RÖVŞƏNİN SSENARİSİ ƏSASINDA FİLM ÇƏKİLİR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Temmuz, 2007

Baş rolda Rasim Balayevin oynadığı filmin çəkilişi Gədəbəydə aparılır
Gələn il Azərbaycan kinosevərləri ekranlarda yeni filmi görə biləcəklər. Bu, Ramiz Rövşənin ssenarisi əsasında artıq çəkilişlərinə başlanılan “Qala” filmidir. Bu barədə dünən əməkdaşımızda filmin baş rolunda çəkilən xalq artisti Rasim Balayev məlumat verdi.
“Hazırda filmin çəkilişləri Gədəbəy rayonu ərazisində aparılır. Bu dəqiqə biz rayon mərkəzindən 1 saatlıq məsafədə [...]



Elçin Anarın cavabını verdi

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 05 Temmuz, 2007

“Əsassız bir səbəb” də bu dərəcədə “açaram sandığı, tökərəm pambığı” hikkəsi yaradar?
Elçin
Əzizim Anar!
Sənin fikrincə “ədəbiyyatımızın bugünkü durumu ilə bağlı bəzi məqamlarda subyektiv olsa da, maraqlı mülahizələr”dən ibarət mənim “böyük” müsahibəmlə bağlı kiçik qeydlərini oxudum və bu qeydlərin nə dərəcədə obyektiv olub-olmadığı barədə bir söz demək istəmirəm, amma, hər halda, [...]



“Azərbaycanın teatr mütəxəssisləri öz işlərinə böyük həvəslə yanaşırlar”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 05 Temmuz, 2007

Amerikalı teatr rəssamı Bred Helm: “AZƏRBAYCAN SƏHNƏSİNDƏKİ TAMAŞALARIN ÇOXUNDA DEKORASİYALAR BİR-BİRİNƏ OXŞAYIR”
Akademik Milli Dram Teatrı cari mövsümdə, ilk tanışlıqdan, uğurlu sayıla biləcək layihəyə imza atdı. ABŞ-ın ölkəmizdəki səfirliyilə birgə əməkdaşlığının nəticəsidir ki, Qərbin tanınmış teatr rəssamı Bred Helmi Bakıya dəvət edildi. Səbəbsiz deyildi. Teatr rəhbərliyi yəhudi əsilli Amerika dramaturqu və nasiri Artur Millerin “Körpüdən görünüş” [...]



Şahin Növrəsli dünyanın ən yaxşı pianoçuları sırasına qoşula bilər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Temmuz, 2007

İyulun 17-də İsveçrənin Montre şəhərində dünyanın ən məhşur caz festivalının yarımfinalı keçiriləcək. Festivalda ölkəmizi istedadlı pianoçu-cazmen Şahin Növrəsli təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu festival çərçivəsində pianoçuların müsabiqəsi də təşkil olunub.



İki xalq yazıçısı arasınqa qalmaqal

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 04 Temmuz, 2007

Böyük bir müsahibəylə bağlı kiçik qeydlər
ANAR
“525-ci qəzet”in üç nömrəsində xalq yazıçısı Elçinlə geniş müsahibə dərc olunub. Müsahibədə ədəbiyyatımızın bugünkü durumu haqqında bəzi məqamlarda subyektiv olsa da maraqlı mülahizələr var. Bu barədə fikir mübadiləsi etmək niyyətində deyiləm. Hərənin öz meyarı, öz baxışı, öz zövqü olur. Amma söhbətin bir yeri – adım çəkilməsə də – mənə [...]



Genotip və teatr

Yazar: Aydın Talıbzadə | Bölmə: Publisistika | Tarix: 04 Temmuz, 2007

“Şikəstə ruh”un havacatı
Azərbaycan milli operasının əvvəlinci personajı, bir nömrəli qəhrəmanı, Allah sevgisinə ürcah eşq xəstəsi, zəif, nərmə-nazik, sufisayaq divanə filosof, isti səhranın ərəb şairi MƏCNUN tenordur. Niyə də olmasın? Gözəldir, ilgilidir, vəssəlam. Seyrçiyə ayrı nə lazım? Zəngulə və avazının Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-arvadlı, böyüklü-kiçikli hönkürdüb ağladıb, [...]



Ken Loaç- tamaşaçılar onu peyğəmbər kimi qarşılayır

Yazar: Admin | Bölmə: Kino | Tarix: 03 Temmuz, 2007

“….hələ ləyaqətin varsa, çox şey itirməmisən!”
Altmış yaşlı ingilis Ken Loaç nəinki Avropa, ümumiyyətlə, dünya kinosunda fenomen hesab olunur. O, Avropada öz nəslinin müəllif – rejissor böhranı fonunda uğur qazanıb. Avropa milli kino məktəbinin liderləri Folker Şlendorf, Alen Tenner kimi rejissorların filmləri akademik olmağa, qocalıq əlamətləri göstərməyə başladığı bir dövrdə Ken Loaç filmdən filmə enerji toplayır. [...]



BƏSTƏKARLAR İTTİFAQI ƏTRAFINDA QALMAQAL DAVAM EDİR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Temmuz, 2007

Firəngiz Əlizadə: “76 yaşlı Arif Məlikovun Bəstəkarlar İttifaqının katibi belə olmaması onun üçün təhqirdir”
“Xəyyam Mirzəzadə iyulun 21-ə kimi ərizəsini geri götürsə, Bəstəkarlar İttifaqının üzvü qala bilər”
- Xəyyam Mirzəzadənin Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyündən imtinasının səbəbi nədir?
- Xəyyam Mirzəzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyündən çıxması ilə bağlı heç bir açıqlama vermədi. Ərizəsində üç sətir yazıb ki, “mən [...]



Azərbaycanda mədəniyyət varmı?

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 01 Temmuz, 2007

Seymur Baycan
seymurbaycan@gmail.com
Şənbə günü metronun “Əhmədli” stansiyasının gişində “525-ci qəzet”i alıb düşdüm yerin altına. Əvvəlcə Mirşahin Ağayevin “525″-də təkrar dərc edilmiş yazısını, sonra Slavyan Universitetinin rektoru, professpr Kamal Abdullanın müsahibəsini oxudum. Kamal müəllimin söylədiyi bir cümləni olduğu kimi yazıram: “Bizi İrəvanda erməni rejissoru Karacanovun ev muzeyinə apardılar. Gürcülər deyir ki, Karacanov bizim, ermənilər isə deyir yox, [...]



Aqşin kimin yazarıdır?

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 01 Temmuz, 2007

Qan Turalı
qan_tural@yahoo.com
Aqşinin şeiri, publisistikası haqqında polemika
Hamını öz adı ilə çağırmaq zamanı gəldi. Biz 2000-cilər nəsli olaraq artıq ilk qurbanımızı vermişik, bunu malalamağın, üstümüzə vurmamağın heç bir adı yoxdur. İlk qurbanımız Aqşindir. Biz bunu ilk dəfə söyləyirik, çünki bu yazı yazılana qədər Aqşinin özünü düzəldəcəyinə, ciddi bir kitabı axıra qədər oxuyacağına inamımız vardı. Lakin “Alma” qəzetində [...]