Qaynar xəbər portalı

“Bu gün Azərbaycan teatrlarında hazırlanan tamaşalar çox aşağı səviyyədədir. Tamaşaçılara həqiqətən də yazığım gəlir. Belə davam etsə, olan-qalan tamaşaçılar da teatrdan üz döndərəcəklər. Bu problemi vaxtında həll etmək lazımdır”. Bu sözləri APA-ya açıqlamasında sentyabrın 1-də 62 yaşını tamamlayacaq Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının rejissoru və aktyoru, əməkdar artist Vidadi Əliyev deyib. Davamı…


Sentyabrın 5-10 sentyabr tarixlərində Bakıda “Şərq-Qərb” (Est-West) beynəlxalq kinofestivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın Təşkilat Komitəsi tədbirə həsr olunmuş mətbuat konfransı keçiriblər. Davamı…


Barış MançoBarış Manço: «Mən dünyaya müğənni kimi gəlməmişəm…»

Barış Manço 2 yanvar 1942-ci ildə İstanbulda doğulub. İsmayıl Haqqı bəyin və Rikkat Uyanıq xanımın ikinci övladı olan Barış İkinci Cahan Savaşının ən qızğın vaxtında, camaatın çörəkdən qıtlıq çəkdiyi zamanda dünyaya gəlmişdi. Özündən iki ilə əvvəl doğulmuş qardaşının adını Savaş qoymuşdular, təzə körpəyə isə «artıq dünyaya Barış gəlsin» deyibən Barış ismini verdilər. İllər sonra TRT üçün hazırladığı «7-dən 77-yə» adlı proqramında Türkiyədə Barış adını alan ilk adam olduğunu söyləyəcəkdi. Davamı…


Aydın XanAydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir… Davamı…


Sənət QəzetiZahir Əzəmətin baş redaktorluğu ilə

Azərbaycanın yeganə müstəqil ədəbiyyat qəzeti olan “Sənət qəzeti” yeni rəhbərliklə nəşrini bərpa edir. Qəzetin yeni baş redaktoru Zahir Əzəmət olacaq.
Z.Əzəmət əvvəllər də 2 il baş redaktorun müavini kimi qəzetin rəhbərliyində çalışıb. Son bir ildə isə “Alma” qəzetinin şef-redaktoru kimi fəaliyyət göstərib. Bu müddət ərzində isə yazıçı Rafiq Tağının “Avropa və biz” yazısına qarşı məhkəmə iddiası açılmış, yazının müəllifi və qəzetin baş redaktoru uyğun olaraq 3 və 4 il müddətinə azadlıqdan mərhum ediliblər. Bununla bağlı olaraq, qəzet bir neçə aydır ki, fəliyyətini dayandırmışdı. Davamı…


Eduard LimonovE.Limonov- rus nəsrinin ən qalmaqllı personalarından biridir. Sovet dövründə dissident kimi ABŞ-a getsə də tezliklə, kapiatalizmin də qatı əleyhdarlarından birinə çevrilmişdir. SSRİ dağılandan sonra yenidən Rusiyay qayıtmış, Neo-Bolşevik Partiayası yaradaraq, ətrafına yığdığı millətçi gəncləri silahlandırmış, hakimiyyət çevrilişinə cəhd etmişdir. Bir neçə dəfə həbs olunmuşdur.
E.Limonov təkcə nasir kimi yox, həm də şair kimi də çox məşhurdur. /Kultaz/

Mutant

O zamanlar Jiqulin qul alverçisi kimi bir şey idi, yəni gənc, gözəl və təndürüst qızların alveri ilə məşğul olurdu. Restoranları, barları gəzib xoşagəlimli qızları seçir, özü ilə Parisə gətirir və Model agentliklərinə satırdı. Davamı…


Rejissor Şamil Nəcəfzadənin filmi Avstraliyada keçiriləcək Beynəlxalq Film Festivalına dəvət alıb. Bu barədə APA-ya məlumat verən Şamil Nəcəfzadənin sözlərinə görə, festivalda onun “Qısa monoloqlar” adlı tammetrajlı sənədli filmi iştirak edəcək. Davamı…


Xalça Muzeyi Milli Parkda Funklyorun qarşısında tikiləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Davamı…


“Rasim Balayevin mənim kinostudiyanın ərazisini özəlləşdirməyimlə bağlı mətbuatda səsləndirdiyi fikirləri əsassız hesab edirəm. Davamı…


Elmin HəsənliT.-nin hekayəsi

Mənim adım T.-dir. Mən bu oğlanın ilk hekayəsinin balaca bir qəhrəmanıyam. Bəlkə də mən bu oğlanın ilk qəhrəmanıyam, uydurmağa çalışdığı ilk qəhrəman. Mənə dediyinə görə, ümumiyyətlə, qəhrəman sözündən və qəhrəmanlıq anlayışından zəhləsi gedir. Səbəbini izah etmiyib. Açığı mənə elə gəlir ki, bu oğlan çox şeyin səbəbini bilmir. Nədən, niyə xoşu gəldiyini və niyə zindeyi-zəhləsi getdiyini bilmir. Davamı…


“Qara Qarayevin erməni bəstəkarı olduğunu yazan müəllifi Azərbaycana dəvət edəcəyik. Davamı…


Bu ilin avqustun sonlarından sentyabradək Şəkidə keçirilməsi nəzərdə tutulan keramika və heykəltəraşlıq üzrə I beynəlxalq simpozium təxirə salınıb. Davamı…


RuslanaBu il sentyabrın 2-də Ukraynanın xalq artisti və deputatı Ruslana və “Qabriell” latın qrupunun “Amburan” istirahət mərkəzində keçiriləcəyi konsertlərin biletlərinin 50%-i satılıb.
Bu barədə APA-ya konsertin təşkilatçısı olan “S.A.Organization”un nümayəndəsi Möhtərəm Öz məlumat verib. Onun sözlərinə görə, biletlərin satışı normal gedir və əsasən VİP yerlər üçün biletlər satılıb. Davamı…


Solistlərin Kamera Orkestri ilə konserti planlaşdırılıb

Sentyabrın 26-da Qara Qarayev adına Dövlət Kamera Orkestri M.Maqomayev adına Dövlət Filarmoniyasında konsert verəcək. Konsertdə dirijorluğu Vladimir Runçak, solistliyi isə Ukraynadan gələcək Yozef Ermin edəcək. Davamı…


MiniatürMütəxəssislər mahnının tarixi haqqında müxtəlif versiyalar söyləyirlər

Əsrlərdir müxtəlif musiqiçilərin avazında dolaşan “Sarı gəlin” mahnısının kimə məxsus olduğu barədə müxtəlif versiyalar söylənilir. Tarixən söylənilən fərziyyələr musiqinin ladının klassik Azərbaycan musiqisinə yaxın olduğunu göstərir. Amma ermənilərin bu istiqamətdə son illər apardıqları “təbliğat kampaniyası” dünya musiqiçilərinin diqqətini bir az başqa səmtə yönəldib. Davamı…


Orhan PamukMinlərlə, minlərlə sirr bilinəcək,
O gizli üz göstərincə özünü.
Fəridəddin ƏTTAR

ŞƏHƏRLƏR ŞƏHƏRİ

Tıqqıldayan iri divar saatı……

Titr yazıları

Gecə. Şəhərlər şəhəri İstanbulun mənzərəsi. Gecənin lacivərdi içərisində məscidlərin, gəmilərin, sarayların, maşınların işıqları: Nağılvari bir mənzərə…
Fotoqraf hekayəsinə başlayır.
Titr yazıları davam edərkən yalnız bir səs, yorğun, kədərli bir səs eşidilir…
Fotoqraf: (səs) Mənə bir hekayə danış deyirsiniz… Olar, sizə bir hekayə danışacam, amma qəlbimi aça biləcəmmi, bilmirəm… Hekayə danış deyəndə, ağacları düşünürəm… Yuxumdakı ağacları… Vaxtilə bir hekayə danışmışdım, qəlbimi açmışdım… Amma danışan yalnız mən deyildim. Hərə bir hekayə danışırdı… Davamı…


Bakıda sentyabrın 15-də teatr mövsümünün 135 illiyi təntənəli surətdə keçiriləcək. Bu haqda «Trendlife»a Milli Dram Teatrının direktoru Maqbet Bünyadov xəbər verib. Davamı…


RəbiqəKöçürmə (təcrübi məşğələ)

Səni düşünmək şeir yazmaqdi –
ritmi gözləyək…

Mahnı dinləməkdi səsini eşitmək –
tonu qaldırma…

Görüşlərimiz tamaşadı –
nə faciədi, nə məzhəkə -
bizimki dram… Davamı…


Cavid CəfərzadəCavid Cəfərzadə: “Əsas məqsədimiz odur ki, gənclər mütaliə etsinlər, Azərbaycan və dünya ədiblərini oxusunlar”

Xəbər verdiyimiz kimi, yaxınlarda Azərbaycan internet məkanında yeni bir ədəbi portal – Lit.az fəaliyyətə başlayıb. Portalın böyük perspektiv vəd etdiyini və artıq indidən maraqla qarşılandığını söyləmək olar.
Bəri başdan qeyd edək ki, portalın yaranması haqqında ilk xəbəri yayan da “Kultaz” oldu. Bu o deməkdir ki, biz həmkarlarımıza rəqib kimi yox, eyni yükün altına çiyin verən dostlar kimi yanaşdıq. Düşünürük ki, Azərbyacan ədəbiyyatının, mədəniyyətinin təbliği və yayılması kimi ağır, həm də entuziazm tələb edən bir işə qol qoyan hər kəsi alqışlamalı, dəstəkləməliyik.
Ortada isə bəzi suallar var: saytın yaradıcıları kimlərdir; onların ədəbiyyata baxışları necədir, daha hansı layihələr üzərində işləyirlər və s.
Suallarımızı portalın yaradıcılarından biri Cavid Cəfərzadəyə ünvanladıq. Davamı…


Tanınmış bəstəkar Sərdar Fərəcov artıq bir neçə ildir ki, şeir yazır. Onun verdiyi məlumata görə, toplu çap etdirmək istəyir: «Hələ musiqi yazana qədər mən şeir yazırdım. Davamı…


sonrakı səhifə »