Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Əfəndiyev Yalçın Heydər oğlu, Əhmədli Nuriyyə Əliağa qızı və Əliyev Rafiq Hacıbaba oğluna xalq artisti, Davamı…

Avq
1
Prezident kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Avq
1
Avqustun 2-də Azərbaycan kinosunun 108 yaşı tamam olur. Bununla bağlı sabah “Azərbaycan” kinoteatrında kino bayramı qeyd olunacaq. Davamı…
Avq
1
“Nizami” kinoteatrının əsaslı təmiri ilə bağlı layihələr sabah nümayiş olunacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
“Nizami” kinoteatrının əsaslı təmirində istifadə olunacaq layihə artıq hazırdır. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov APA-ya açıqlamasında layihənin rus mütəxəssislər tərəfindən hazırlandığını deyib. Davamı…
Avq
1
Nizami Cəfərov: “Latın əlifbasına keçidlə biz ümumdünya yazı mədəniyyətinə qoşulduq”
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
“2001-ci il avqustun 1-də on illər boyu yazmağa məcbur olduğumuz kiril əlifbası ilə vidalaşdıq və dünyanın daha populyar bir əlifbasına keçdik. Bu, milli düşüncə tariximizdə mühüm hadisə idi. Bu qərarla biz ümumdünya yazı mədəniyyətinə qoşulduq və sübut elədik ki, beynəlxalq inteqrasiyada maraqlı bir ölkəyik”. Davamı…
Avq
1
Moskvada oktyabrın 2-dən 5-dək keçiriləcək II Beynəlxalq Gənclər Festivalına həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, “İnkişaf” Beynəlxalq Gənclər Layihəsi çərçivəsində həyata keçirilən festivalın təşkilatçısı MDB ölkələrinin humanitar əməkdaşlığına dair dövlətlərarası saziş çərçivəsində yaradılan qeyri-kommersiya tərəfdaşlığı – Beynəlxalq Sosial-Humanitar Proqramlar Mərkəzidir (BSHPM). Davamı…
Avq
1
ABŞ-ın “Crazy Frog” musiqi qrupu avqustun 18-də Bakıda konsert verəcək
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Amerikanın tanınmış musiqi qrupu “Crazy Frog” avqustun 18-də Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Emin Şahin producthion”un rəhbəri, bəstəkar Emin Şahin məlumat verib. Onun sözlərinə görə, konsertin VİP yerlərinə biletlərin qiyməti 80 manat, adi yerlərə biletlərin qiyməti isə 35 manat təşkil edir. E. Şahin bildirib ki, bu ilin dekabrında Almaniyanın tanınmış müğənnisi Sara Konnorun da Bakıda konsert verməsi nəzərdə tutulub. Davamı…
Avq
1
Türkiyənin səfirliyinin mədəniyyət müşaviri Fəthi Gədiklinin diplomatik missiyası başa çatır
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədiklinin Bakıdakı diplomatik missiyası başa çatır. Səfirlikdən APA-ya verilən məlumata görə, F.Gədikli bundan sonra Türkiyənin kültür və turizm nazirinin strateji məsələlər üzrə müşaviri vəzifəsində çalışacaq. Davamı…
Avq
1
“Tom Kruz mənim yanımda uşaqdır”
Bölmə: Kino | ≅ 7 şərh var
Fəxrəddin Manafov: “Qarabağa gedən heyətdə olmamağıma çox təəssüflənirəm”
Xalq artisti Fəxrəddin Manafovun Milli Kino Günü və ad günü ərəfəsində eksklüziv müsahibəsi
- Sabah Azərbaycanda Milli Kino Günüdür. Bu gün həm də Sizin 52 yaşınız tamam olur. Ad gününüzü də kino meydançasında qeyd edirsiniz?
- Əlbəttə, kino meydançasındayam. Elçin Əfəndiyevin “Hökmdarın taleyi” filmini yekunlaşdırırıq. O filmdə həm aktyor kimi oynamışam, həm də aktyorlarla müəllim kimi işləmişəm.
- Xaricdən dəvət alırsınız?
- Ən çox Rusiyada filmlərə çəkilirəm. Moskvadan tez-tez dəvətlər gəlir. Avqustun 3-də yenə Moskvaya gedirəm.
Avq
1
Prodüsser mərkəzində hazırda yeni layihələr hazırlanır. Mərkəzin direktoru Rasim Həsənovun «TrendLife»a verdiyi məlumata görə, üzərində iş aparılan layihələrdən biri də cizgi filmlərinin bərpası ilə bağlıdır. Davamı…
Avq
1
“Müasir Azərbaycan karikaturası”
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Kitab xarici ölkələrə göndəriləcək
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin hazırladığı “Müasir Azərbaycan karikaturası” kitabı üzərində iş tamamlanıb. Kitab oktyabr ayında təqdim olunacaq. Davamı…
Avq
1
“Hər halda, inanıram ki, dövlətimiz məni çətinliklərdən qurtaracaq”
Hələ bir neçə il əvvəl Moskvada verdiyi ilk konsertinə gələnlər onun haqqında belə demişdilər: “Azərbaycanda yeni Vaqif Mustafazadə doğulub”. Ötən üç il ərzində Şahin Növrəsli bu sözlərin təsadüfi deyilmədiyini sübut etdi. Və sonucda İsveçrədə keçirilən 41-ci Beynəlxalq Caz Festivalı “Montreux jazz festival”da Şahin yarışmanı 2-ci yerdə başa vurmaqla daha bir möhtəşəm uğura imza atdı.
Qeyd edək ki, caz musiqisində reytinqli müsabiqələrdən olan “Montreux jazz festival”da finala çıxan Şahin Növrəsli həmçinin postsovet ölkələri arasında bu müsabiqənin finalına vəsiqə qazanan ilk musiqiçi kimi yadda qaldı. SSRİ dönəmində belə bir uğura imza atan musiqiçi vətənə dönəndə onu nələr gözləmirdi? Fəxri ad, ev, xüsusi imtiyazlar…
Amma Şahinin nə evi var, nə də royalı. Bəlkə də belə böyük müvəfəqiyyətlərin qarşısında bu cür xırda məsələlər haqqında düşünmək düzgün deyil. Ancaq bu gün Şahinə ev və royal mütləq lazımdır. Ona görə ki, artıq Bakı Musiqi Akademiyasında gecələməyə xanımı “icazə vermir”… Davamı…
Avq
1
Şahin Növrəslinin saytı hazırlanıb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Veb-sayt Bakı Caz Mərkəzində təqdim olunacaq
Gənc pianoçu-cazmen Şahin Növrəslinin saytı hazırlanıb. Avqustun 3-də caz ifaçısı veb-saytına təqdimat keçirəcək. Təqdimat mərasimi Bakı Caz Mərkəzində olacaq. Davamı…
Avq
1
Cazmen Salman Qəmbərov bu yaxınlarda Montredə keçirilən 41-ci festivaldan qayıdıb. O, orda ustad dərsləri verib. Ondan aldığımız müsahibəni sizlərə təqdim edirik.
- Salman müəllim, mümkünsə Montredəki festival barədə danışardınız.
- Bu, Montredə keçirilən 41-ci festival idi. Əgər bütün dünyada üç ən iri festival varsa, onlardan biri də budur. Montredəki festival əsl musiqi bayramı idi. Bu il bir az dəyişiklik edilmişdi, belə ki, xaricdən pop, rok, hip-hop musiqiçilərini də dəvət etmişdilər. Davamı…








