“Nizami” kinoteatrının əsaslı təmirində istifadə olunacaq layihə artıq hazırdır. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov APA-ya açıqlamasında layihənin rus mütəxəssislər tərəfindən hazırlandığını deyib. Onun sözlərinə görə, kinoteatrın əsaslı təmirinə bu ilin sonunda başlanması nəzərdə tutulub: “Təmirdən sonra kinoteatrda beşə yaxın kino zalı fəaliyyət göstərəcək. Kinoteatrda “VİP” zalı, açıq səma altında yay zalı, Mətbuat Mərkəzi, restoran və kafe də olacaq. Burada həmçinin müasir texnikalarla təchiz olunmuş iş otağı qurulacaq”. C. Məmmədov bildirib ki, “Nizami” kinoteatrının təmirdən sonrakı görkəmi ilə bağlı hazırlanmış stendlər sabah kino bayramı çərçivəsində nümayiş olunacaq. Şöbə müdiri kinoteatrın 2009-cu ildə istifadəyə veriləcəyini vurğulayıb.
« Nizami Cəfərov: “Latın əlifbasına keçidlə biz ümumdünya yazı mədəniyyətinə qoşulduq” | Əsas səhifə | Sabah Azərbaycan kinosunun 108 yaşı tamam olur »




Bölmə: 








