Qaynar xəbər portalı

Kitab dünyası


“2001-ci il avqustun 1-də on illər boyu yazmağa məcbur olduğumuz kiril əlifbası ilə vidalaşdıq və dünyanın daha populyar bir əlifbasına keçdik. Bu, milli düşüncə tariximizdə mühüm hadisə idi. Bu qərarla biz ümumdünya yazı mədəniyyətinə qoşulduq və sübut elədik ki, beynəlxalq inteqrasiyada maraqlı bir ölkəyik”. Bu sözləri 1 avqust – Azərbaycan dili və əlifbası günü ilə bağlı APA-ya açıqlama verən Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda kiril əlifbasının istifadəsi repressiya hadisəsi idi: “Çünki heç bir müzakirə aparılmadan, ictimai rəy öyrənilmədən, Moskvanın təzyiqi ilə latın əlifbası kirillə əvəz olunmuşdu. Latın əlifbasına keçidlə əslində biz birinci növbədə həmin repressiyanın nəticəsini aradan qaldırdıq”. N. Cəfərovun sözlərinə görə, latın əlifbasına keçiddə ən asan mərhələ təhsil sahəsi və dövlət qurumlarının, ən çətini isə cəmiyyətin, xüsusən də kütləvi informasiya vasitələrinin yeni qrafikaya keçidi olub. Ən vacib mərhələ - indiyə qədər yaranan ədəbiyyatın latın əlifbası ilə yenidən nəşri də öz həllini çox erkən tapıb.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: