Avqustun 2-də Azərbaycan kinosunun 108 yaşı tamam olur. Bununla bağlı sabah “Azərbaycan” kinoteatrında kino bayramı qeyd olunacaq.Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov APA-ya açıqlamasında deyib ki, bayram münasibəti ilə əlaqədar Natəvanın heykəli ətrafında prodüser mərkəzlərinin çəkilişləri zamanı hazırlanmış fotolar, Dövlət Film Fondunda saxlanılan fotolar, filmlərlə bağlı stendlər və geyimlər nümayiş olunacaq. Həmin məkan sabah mini-meydan formasında qurulacaq. Kino bayramı münasibəti ilə bu sahədə çalışan 10 veteran pul mükafatı, “Bu meydan, bu ekran” müsabiqəsinin 5 qalibi diplomla təltif olunacaq. Mükafatlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən veriləcək. Həmin gün “Azərbaycan” kinoteatrında Asif Rüstəmovun quruluşunda “Ev” filmi nümayiş olunacaq.
« “Nizami” kinoteatrının əsaslı təmiri ilə bağlı layihələr sabah nümayiş olunacaq | Əsas səhifə | Prezident kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb »




Bölmə: 








