Veb-sayt Bakı Caz Mərkəzində təqdim olunacaq
Gənc pianoçu-cazmen Şahin Növrəslinin saytı hazırlanıb. Avqustun 3-də caz ifaçısı veb-saytına təqdimat keçirəcək. Təqdimat mərasimi Bakı Caz Mərkəzində olacaq. Bu barədə “OLAYLAR”a mərkəzin mətbuat xidmətindən məlumat verilib. Sayt təqdimatında caz ifaçısı mətbuat konfransı keçirərək, jurnalistlərə bir sıra açıqlamalar verəcək. Qeyd edək ki, bir neçə bölmədən ibarət olan saytda Ş.Növrəslinin özü və yaradıcılığı haqqında məlumatlar əldə etmək mümkün olacaq.
« «Caz sahəsində savadın yoxdursa, ciddi naliyyətlər əldə edə bilməzsən» | Əsas səhifə | Şahin Növrəsli: “Fikirləşirdim ki, qayıdanda ad alacağam” »




Bölmə: 








