Qaynar xəbər portalı

Kitab dünyası


Bu il iyulun 20-29-da Çexiyanın Uherske Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında 10 Azərbaycan filmi nümayiş etdirilib. Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərovun APA-ya verdiyi məlumata görə, film festivalında ilk dəfə bu sayda Azərbaycan filmləri təmsil olunub. Nümayiş etdirilən filmlər arasında “Şərikli çörək”, “Nəsimi”, “Bir cənub şəhərində”, “Üç qız”, “Əlvida, cənub şəhəri” və digər filmlər yer alıb. Tamaşaçılar və münsiflər heyəti həm klassik, həm də yeni çəkilmiş Azərbaycan filmlərini yüksək qiymətləndiriliblər. Tədbirdə rejissorlar Rüstəm İbrahimbəyov, Murad İbrahimbəyov və Oleq Səfərəliyev iştirak ediblər. Festival ərəfəsində Qafqaz gecəsi də keçirilib. Azər-Çex Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir çərçivəsində Azərbaycan gecəsi təşkil edərək, milli mətbəximizin nümunələrini qonaqlara təqdim edib. Müxtəlif ölkə diplomatlarının və çoxlu sayda jurnalistin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan mətbəxinin təqdimatı Ermənistan səfirinin narazılığına səbəb olub. Buna baxmayaraq, festivalın iştirakçıları və Çexiyanın Xarici İşlər Nazirliyinin əməkdaşları milli xörəklərimizi və cəmiyyətin hazırladığı proqramı yüksək qiymətləndirib.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: