“İki ildir bir sətir də yazı yazmıram. Vaxtilə çox yazmışam. Bu günə kimi 4 romanım, 16 povestim, 100-dən çox hekayəm çap olunub. İndi təkcə sakitlik, rahatlıq arzulayıram. Heç 80 yaşımı da təntənə ilə qeyd etmədim. Bu payız 85 yaşım tamam olur. Bilmirəm qeyd ediləcək, ya yox”.Bu sözləri APA-ya açıqlamasında xalq yazıçısı Hüseyn Abbaszadə deyib. O, iki ay öncə “Seçilmiş əsərləri”nin ikicildliyinin işıq üzü gördüyünü bildirib. Yazıçı çap olunan əsərləri ilə yanaşı, işıq üzü görməyən əlyazmalarının taleyini də gələcək nəsillərin ixtiyarına verib: “Arxivimi bütünlüklə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verdim. Kimin ürəyi necə istəyər, elə də təhlil aparar”. Ömrü boyu dəbdəbədən uzaq yaşadığını söyləyən H. Abbaszadə yubiley tədbirinə hazırlaşmır: “85 yaşım noyabrda tamam olacaq. Heç kimdən heç nə ummuram. Bircə can sağlığı istəyirəm, vəssalam”.
« “Gəncə qapıları” abidə-kompleksinin tikinti sahəsində yanğın baş verib | Əsas səhifə | Çexiyada keçirilən film festivalında 10 Azərbaycan filmi nümayiş etdirilib »




Bölmə: 








